İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb - "Mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm"

19-08-2019, 18:34           
İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb - "Mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm"
Milli Məclisin deputatı İqbal Məmmədov “Relax” İstirahət və Turizm Mərkəzində baş verən insidentlə əlaqədar KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

Deputat İ.Məmmədov APA-ya açıqlamasında bildirib ki, “Relax” İstirahət və Turizm Mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı Məmmədov Çingiz Nəriman oğludur: “İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Məzuniyyətdən qayıtdıqdan sonra bu barədə mənə məlumat verdilər. Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədi ilə yoxlama komissiyasına zəruri sənədlərin təqdim olunması təmin ediləcəkdir. Mərkəzin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olması ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlar yalandır və heç bir hüquqi əsası yoxdur. Ümid edirəm ki, qanun pozuntularına yol vermis şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcəkdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.