"Rəşadın cəsədi bir aya yaxın axtarıldı, mənə hücum edənlər niyə bir dəfə qapımızı açmadılar?" - VİDEOMÜSAHİBƏ

23-08-2019, 18:45           
"Rəşadın cəsədi bir aya yaxın axtarıldı, mənə hücum edənlər niyə bir dəfə qapımızı açmadılar?" - VİDEOMÜSAHİBƏ
Avqustun 23-də pilot Rəşad Atakişiyevin anım mərasimi keçirilib. Mərasim R.Atakişiyevin yaşadığı binanın həyətində (Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi) baş tutub.

Pilotun ailəsinə, yaxınlarına başsağlığı veriblər.

Rəşad Atakişiyevin qayınatası, professor Qabil Hüseynli həm Müdafiə Nazirliyinin qəza ilə bağlı son açıqlamasına münasibət bildirib, həm də son vaxtlar ona yönəlmiş ittihamları cavablandırıb.

Q.Hüseynli musavat.com-a deyib ki, məlum çağırışı öz təşəbbüsü ilə edib: “Mənə məlumat çatdı ki, bəzi siyasi qruplar dəfndə iştirak etməklə bağlı öz aralarında müzakirə aparıblar. Mən uzun müddət müxalifətdə olmuş adam kimi bilirəm ki, bu cür tədbirlərdə bəzi siyasi qrupların iştirakı nəylə nəticələnər. Ona görə də çağırış etməyi məqsədə uyğun bildim. Biz ailə olaraq ağır bir faciənin ağrısını çəkməkdəyik. Yaxınımızın dəfnində istəmədik ki, qarşıdurma, xoşagəlməz olaylar yaşansın. Bir daha təkrar edirəm, Rəşadın cəsədi bir aya yaxın müddətdə axtarıldı. Bu gün məni ittiham edən bəzi siyasi partiya nümayəndələri niyə o müddətdə bizimlə maraqlanmadılar? Demək, bu adamların məqsədi başqa olub. Bizim dərdimizə şərik çıxmaq, acımızı bölüşmək yox...”
Teref.az Musavat.com-a istinadən Q.Hüseynli ilə videomüsahibəni təqdim edir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.