Qroznıda ticarət mərkəzi yandı

20-09-2019, 07:38           
Qroznıda ticarət mərkəzi yandı
Çeçenistanın paytaxtı Qroznı şəhərində iri ticarət-əyləncə mərkəzində yanğın baş verib.

Axar.az Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın “Qrand Park” adlı mərkəzin 3-cü mərtəbəsində olub.

Yerli vaxtla 22:10-da söndürülən yanğın 700 kv/m sahəni əhatə edib.

İlkin araşdırmalara görə, ticarət mərkəzində yanğından mühafizə ilə bağlı təhlükəsizlik qaydalarına riayət edilməyib.

Olayda xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.