Bakıda qadın və onun qızı qaynı tərəfindən beysbol dəyənəyi ilə döyülüb

8-10-2019, 05:49           
Bakıda qadın və onun qızı qaynı tərəfindən beysbol dəyənəyi ilə döyülüb
Bakının Nəsimi rayonunda xuliqanlıq zəminində döyülmə hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən mənzildə baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib. Mənzildə onların arasında mübahisə yaranıb və qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisəni törədən şəxs saxlanılıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.