83 dövlət əmlakı özəlləşmədə - Vaxt açıqlandı

9-10-2019, 02:57           
83 dövlət əmlakı özəlləşmədə - Vaxt açıqlandı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən növbəti özəlləşdirmə hərracına onlayn seçim və sifariş artıq başlayıb.

Komitədən Trend-ə bildirilib ki, noyabrın 5-i baş tutacaq bu hərracda investorların, iş adamlarının, vətəndaşların ümumilikdə 83 dövlət əmlakı üzrə seçim imkanı var.

Noyabrın ilk hərracına çıxarılan dövlət əmlaklarına müxtəlif regionlarda yerləşən kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, yarımçıq tikililər aiddir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12.2 kv.m ilə 2997 kv.m arasındadır. Fərqli iqtisadi sahələr üzrə fəaliyyət potensialı olan kiçik dövlət müəssisələrinə əmlak kompleksləri, ticarət, istehsal, xidmət obyektləri və digər əmlaklar aiddir. Elan edilən bu hərracda ən yüksək ümumi faydalı sahəsi olan müəssisə Balakən şəhəri, 28 May küçəsindəki əmlak kompleksidir. Dövlət obyekti 95 min kv.m-ə yaxın torpaq sahəsi ilə birgə hərraca çıxarılıb.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 8 oktyabr tarixində növbəti özəlləşdirmə hərracı keçirilib. Hərracda özəlləşdirilən 6 nəqliyyat vasitəsi üzrə ümumilikdə 26 sifariş verilmişdir. Hərracları rəqabətli mühitdə keçən və buraxılış tarixləri 2006, 2007-ci illər olan avtomobillər "Toyota" və "VAZ" markalarına aiddir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.