Zelenskinin 9 saatdan çox çəkən press-marafonu… – Dünya rekordu yenilənib

11-10-2019, 01:13           
Zelenskinin 9 saatdan çox çəkən press-marafonu… – Dünya rekordu yenilənib
Ukrayna Prezidenti Vladimir Zelenskinin oktyabrın 10-da jurnalistlər üçün keçirdiyi press-marafon dünya rekordunu yeniləyib.

AZƏRTAC xəbər verir ki, Zelenskinin press-marafonu artıq 9 saatdan çoxdur davam edir.

Saat 18:30-da Ukraynanın Milli Rekordlar Reyestrinin nümayəndəsi press-marafona gələrək V.Zelenskini yeni rekord müəyyənləşdirdiyinə görə təltif edib.

Qeyd edək ki, V.Zelenskinin ilk dəfə keçirdiyi press-marafon səhər saat 10:00-da başlayıb. Bu müddət ərzində jurnalistlərin sualları daha çox ABŞ Prezidenti Donald Trampla telefon danışığı, “Ştaynmayer formulu”nun imzalanması, Donbasda münaqişənin həlli və kadr islahatları ilə bağlı olub.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.