Azərbaycanda rəsmi işsizlərin sayı son bir ildə 2 dəfə artıb

18-10-2019, 12:03           
Azərbaycanda rəsmi işsizlərin sayı son bir ildə 2 dəfə artıb
Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 195,3 min nəfər olub ki, onlardan 4 943,6 min nəfəri məşğul əhali təşkil edib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə həm iqtisadi fəal, həm də məşğul əhalinin sayı 1,1% artıb.

Oktyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 74,1 min nəfər olmuş, onların 35,4%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 296,6 manat olub.

“APA-Economics”in apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə rəsmi işsiz statusuna malik şəxslərin sayı 2,1 dəfə, işsizlikdən sığorta ödənişinin orta məbləği isə 86 manat və ya 40,8% artıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.