Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ

14-11-2019, 16:49           
Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ
Bu gün səhər saatlarında Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin Universitetin rektoru, professor Nurlana Əliyevaya qarşı etiraz etdiyi bildirilir.

Bununla bağlı Sonxeber.az- a daxil olan məlumatda səbəb kimi rektorun erməni əsilli olduğu göstərilir.

Məsələ ilə əlaqədar Bakı Slavyan Universiteti ilə əlaqə yaratdıq. Universitetdən bizə verilən açıqlamada elə bir hadisənin yaşanmadığı bildirildi. Açıqlama verən şəxs bu məlumatın hardan qaynaqlandığından xəbərsiz olduqlarını bildirilib. Bu şaiyəni yayanların isə vicdansız olduğu deyilib:

"Elə bir informasiya hardan qaynaqlanır bilmirəm. Amma, deyə bilərəm ki, kaş ki, azərbaycanlı xanımlar Nurlana xanım kimi vətənpərvər olaydı. Kimlərin nə şaiyəsidir bilmirəm, amma vətənpərvər adamı təhqir etmək düzgün deyil. O xanım ( YAP) Qadınlar Şurasının sədri, bizm ziyalımızdır. O qədər boş danışanlar var ki... Gözəl insana qarşı bu cür xəbər yaymaq vicdansızlıq, alcaqlıqdan başqa bir şey deyil".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.