Surinam prezidenti 20 il müddətinə azadlıqdan məhrum edilib

30-11-2019, 05:41           
Surinam prezidenti 20 il müddətinə azadlıqdan məhrum edilib
Surinam prezidenti Dezi Bouterse 1982-ci ildə 15 siyasi rəqibinin öldürülməsinə görə 20 il həbs cəzasına məhkum edilib. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə AP məlumat yayıb.

İstintaq 2007-ci ildə başladılıb. “Dekabr cinayətləri” adlanan siyahıda ölkənin ən məşhur hüquqşünasları, jurnalistləri, müəllimləri var. Onların qətlə yetirilməsi ilə bağlı ittihamlar Bouterse ilə yanaşı daha 24 nəfərə qarşı sürülüb.

Ölkə prezidenti hazırda Çində rəsmi səfərdədir və məhkəmə qərarını şərh etməyib. 2007-ci ildə o, qətllərə görə “siyasi məsuliyyət” daşıdığını etiraf etmiş və ictimai şəkildə üzr istəmişdi.

Ancaq istintaqın aparıldığı dövrdə cinayətlərin baş verdiyi ərazilərdə şəxsən iştirak etməməsini israr etmişdi. Öldürülən şəxslərin ailələrinin vəkili Hyu Essed, prezidentin dərhal istefa verməli olduğunu söyləyib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.