Ticarət mərkəzindəki yanğın bu əraziləri işıqsız qoydu

10-12-2019, 10:01           
Ticarət mərkəzindəki yanğın bu əraziləri işıqsız qoydu
Bakı şəhəri Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla əlaqədar sözügedən əraziyə verilən elektrik enerjisi dayandırılıb.

Bu barədə Axar.az-a Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, bu addım təhlükəsizlik səbəbindən atılıb:

“Bundan başqa, eyni xətt üzrə digər ərazilərə gedən elektrik enerjisi də müvəqqəti olaraq dayandırılıb. Hazırda Biləcəri ərazisində bəzi ərazilərdə işıq yoxdur. Yanğın söndürüldükdən sonra elektrik enerjisi bərpa olunacaq”.

Qeyd edək ki, hazırda Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisi yanır. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.