ABŞ hamilə qadınların ölkəyə girişini qadağan edir - Səbəbi

24-01-2020, 00:18           
ABŞ hamilə qadınların ölkəyə girişini qadağan edir - Səbəbi
ABŞ Prezident administrasiyası “analıq turizmi”ni qadağan edən qərar qəbul edib.

Amerika vətəndaşlığı almaq üçün körpəsini ABŞ-da dünyaya gətirmək istəyən anaların ölkəyə girişinə icazə verilməyəcək. Qadınlara o halda viza veriləcək ki, konsulluq əməkdaşları səfərin əsl məqsədinin dünyaya uşaq gətirmək olmadığını təsdiqləsinlər. Qərar sabahdan qüvvəyə minəcək.

Xatırladaq ki, təkcə 2012-ci ildə 36 min hamilə qadın uşağını dünyaya gətirmək və Amerika vətəndaşlığı almaq üçün ABŞ-a gedib, daha sonra isə ölkəsinə qayıdıb. \\Qafqazinfo












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.