Qəddafinin viran qalan sarayı tanınmaz hala düşdü - ŞƏKİLLƏR

24-01-2020, 11:19           
Qəddafinin viran qalan sarayı tanınmaz hala düşdü - ŞƏKİLLƏR
Liviya əhalisinin yarısından çoxunun məskunlaşdığı paytaxt Tripoli ətrafındakı döyüşlər on minlərlə insanı evlərindən məhrum edib. Zənginlər Tripolinin mərkəzi hissəsinə köçüb. Yarımçıq tikililərə və hətta Qəddafinin viran qalmış nəhəng sarayının binalarına sığınanların da sayı az deyil.

Bu barədə “Hürriyyet” nəşri yazıb.

2011-ci ildə öldürülən Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin illərlə yaşadığı paytaxt Tripolidəki “Bal-ül Əziziyyə” sarayının ərazisindəki dağılmış binalar indi evsiz-eşiksiz insanları qonaq edir. Tripoli sakinlərinin “əvvəllər buradan keçərkən başımızı qaldırmağa qorxurduq” deyə bəhs etdiyi saray Qəddafinin devrilməsindən sonra dağılsa da, kompleksin ətrafındakı bir çox bina hələ də varlığını qoruyub saxlayır. Dağılmamış binaların bir qismində Liviyadakı xaos dövründə evsiz qalan insanlar yaşayır. Kompleksin içi yararsız hala düşmüş avtomobillər, təkərlər və zibillə dolub-daşır.

Tripoli əhalisinin bir qismi nəhəng kompleksin içində silahlı şəxslərin olmasına dair şayiələrdən qorxaraq kompleksə girməyə cəsarət edə bilmir və saraya getmək istəyənlərə də məhz bu tövsiyə olunur. Halbuki bu sarayın yağmalanması və dağılması o dövrdə “Liviyada tiranlığın sonu” kimi qiymətləndirilmişdi./oxu.az

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.