SMS icazə sistemində limit qoyuldu: Gündə bir dəfə…

29-06-2020, 13:43           
SMS icazə sistemində limit qoyuldu:
Sui-istifadə hallarına yol verildiyi üçün SMS-icazə sisteminə limit qoyulub.

Teref.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, vətəndaşlara dəfələrlə müraciət olunmasına baxmayaraq SMS icazə sistemindən sui-istifadə halları davam edir. Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və vətəndaşlar yalnız gündə bir dəfə SMS icazə sistemilə icazə ala bilər.

Qeyd edək ki, digər bir dəyişikliklə də vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.