DTX-nın həbs etdiyi Səlim Əlizadə kimdir

6-07-2020, 18:26           
DTX-nın həbs etdiyi Səlim Əlizadə kimdir
DTX-nın həbs etdiyi Səlim Əlizadə kimdir
Xəbər verdiyimiz kimi, DTX Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətinə, dövlətin qanunla qorunan mənafelərinə mühim zərər vuran qanunazidd əməllərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirərək Xarici İşlər Nazirliyində əməliyyat keçirib.

BiG.AZ-ın məlumatına görə, saxlananlardan biri - XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadədir.

Səlim Əlizadə kimdir? Uzun illər Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olan Səlim Əlizadə "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı Safurə Əlizadənin atasıdır. O, mərhum alim, professor Əbdül Əlizadənin oğlu, BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı Hikmət Əlizadənin qardaşıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.