Jalə Mütəllimova yeni vəzifəyə təyin olundu

3-10-2022, 20:57           
Jalə Mütəllimova yeni vəzifəyə təyin olundu
Tanınmış jurnalist Jalə Mütəllimova yeni işə başlayıb.

AZXEBER.COM xəbər verir ki, o AzTV-də İbformasiya proqlamlar studiyasında Xəbərlər redaksiyasında baş redaktorun müavini vəzifəsi icra edəcək.

Bu haqda jurnalist özü məlumat verib.

Qeyd edək ki, Jalə Mütəllimova 1976-cı ildə Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin Ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib.

1993-1994-cü illərdə "Müxalifət” və "Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə "Azadlıq” qəzetində aparıcı reportyor olub. "Kaspi” qəzeti və "Azadinform” xəbər agentliyində çalışıb. 2000-2004-cü ildə "Azadlıq” radiosunun Bakı bürosunda fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı kimi çalışıb. 2006-2012-ci illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi proqramlar redaksiyasında redaktor olub.

2013-cü ildə yenidən "APA Holdinq”də fəaliyyətə başlayıb. Holdinq nəzdindəki APA TV-də teleaparıcı və layihə rəhbəri olub. "APA Holdinq”in lent.az, kulis.az saytlarında köşə yazarı olub. "Yeni Müsavat” qəzetində köşə yazarı olub.

Hazırda Təhsil Nazirliyinə məxsus "Təhsil TV”də və "Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar kimi fəaliyyət göstərib. Eyni zamanda, jalebloq.az ünvanlı fərdi bloqu fəaliyyət göstərir.

Ailəlidir, üç övladı var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.