Pakistanın keçmiş prezidenti hərbi qəbiristanlıqda dəfn edilib

8-02-2023, 12:54           
Pakistanın keçmiş prezidenti hərbi qəbiristanlıqda dəfn edilib
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf (2001-2008) Kəraçidəki hərbi qəbiristanlıqda dəfn edilib.

Məlumata görə, eks-dövlət başçısının cənazəsi bazar ertəsi axşam saatlarında xüsusi təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərindən Pakistana gətirilib və bu gün dəfn olunub. Tabutu onun həyat yoldaşı və uşaqları müşayiət ediblər.

Dəfn mərasimində Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sakir Şəmşad Mirzə, Respublika ordusunun keçmiş komandirləri Əşfaq Pərviz Kayani və Qəmər Caved Bacva, eləcə də ölkənin aparıcı siyasi partiyalarının nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, fevralın 5-də Müşərrəf 80 yaşında dünyasını dəyişib.

2019-cu ildə Pakistanın Xüsusi Məhkəməsi Müşərrəf haqqında ölüm hökmü çıxarıb. O, 2007-ci ildə konstitusiyanın fəaliyyətinin dayandırılması və fövqəladə vəziyyətin tətbiqi ilə əlaqədar dövlətə xəyanətdə təqsirli bilinib. Pakistanın keçmiş rəhbəri son illərdə Dubayda yaşayıb.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.