Beyləqan təhsilində olaylar: Nazir köməkçisi Beyləqanda təhsil bazarı açıb... - İTTİHAM

5-09-2018, 18:40           
Beyləqan təhsilində olaylar: Nazir köməkçisi Beyləqanda təhsil bazarı açıb... - İTTİHAM
Beyləqan rayon Təhsiş şöbəsinin müdirəsi Xuraman Rüstəmova Bakıda repetitor yanına gedən 70-dan artıq şagirdi Allahyarlı və Bolsulu kənd məktəblərinə yerləşdirib

Bu barədə MilliYol-a Beyləqan Təhsil Şöbəsindən daxil olan məlumatda bildirilir ki, Beyləqan rayon Təhsiş şöbəsinin müdirəsi hər şagirdin bir illik “təhsilinə” görə uşaqların valideynlərindən 1000 manat “təhsil haqqı” alır. Saytımıza daxil olan məlumatın maraqlı nüanslarından biri də odur ki, iddiya görə həmin valideynləri Xuraman Rüstəmovanın yanına Təhsil naziri Ceyhun Bayramovun köməkçisi göndərir. Məlumatlı mənbə bildirir ki, şagirdlərin valideynlərindən alınan pulları isə nazir köməkçisi ilə şöbə müdiri yarı bölürlər.

Mənbə bildirir ki. hazırda rayonun Allahyarlı və Bolsulu kənd məktəblərində 70-dən artıq Beyləqanda doğulmayan və Beyləqanda yaşamayan şagird təhsil alır. Ümumilikdə isə Ümumilikdə rayon üzrə adı olub özü olmayan şagirdlərin sayı 100-ə yaxındır.

MilliYol Beyləqan rayon İcra Hakimiyyətində çalışan bir nəfərdən daxil olan məlumatın səhihliyini dəqiqləşdirməyə çalışıb. Həmin şəxs bu barədə eşitdiyini, ancaq Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin məsələdən xəbərsiz olduğunu bildirib. Həmçinin o da məlum olub ki, bir zamanlar normal və işgüzar münasibətlərdə olan Xuraman Rüstəmova ilə Vaqif Abdullayev arasında narazılıq mövcuddur və bu narazılıq günümündən böyüyür. Ona görə də mənbəmiz hesab edir ki, əgər Vaqif Abdullayev məsələdən xəbərdar olsaydı, o zaman Xuraman Rüstəmovanı cəzalandırar və rayonda qalmaqal ortaya çıxardı.

Beyləqandan əldə etdiyimiz başqa bir məlumada isə bildirilir ki, Xuraman Rüstəmov bu yaxınlarda Vaqif Abdullayevdən giley-güzar edib ki, Vaqif Abdullayevə “meşokla pul yedizdirsə də Vaqif Abdullayev oğlunun işində ona köməklik göstərməyib”. Xatırladaq ki, Xuraman Rüstəmovanın oğlu bir müddət əvvəl rayon polisində öz polis həmkarını bıçaqladığına görə Daxili İşlər Nazirliyindən xaric edilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.