Fuad Muradov erkən gedə bilər... - İDDİA

8-09-2018, 12:57           
Fuad Muradov erkən gedə bilər... - İDDİA
Son prezident seçkilərinin ardından aparılan kadr islahatları zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri postuna təyinat alan Fuad Muradov erkən yola salına bilər. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, gəldiyi ilk gündən fəaliyyətindəki neqativlərlə diqəti çəkən Fuad Muradovun hazırda rəhbərlik etdiyi istiqamətdə naşı və kifayət qədər təcrübəsiz olması Azərbaycan dövlətinin diaspora siyasətini belə təhdid etməkdədir.

Mənbənin dia.az-a söylədikləri: "Fuad Muradovu ola bilsin ki, tez yola salsınlar və yaxud da onun yanına peşəkarlardan biri gətirilə bilər və komitəyə də həmin şəxs rəhbərlik edə bilər. Hələlik bu versiyaların hə ikisi müzakirə olunur.

Əgər birinci versiya baş tutmasa, ikinci versiyanın şərtləri ilə də Fuad muradov yalnız görüntüdə rəhbər rolunu oynamış olacaq və bu da faktiki olaraq onun kənar tutulması anlamına gəlir".

Mənbə iddia edir ki, Fuad Muradovun qeyd olunan aqibətinə yaxın günlərdə aydınlıq gətiriləcək.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.