“Azəravtoyol” ASC-də nələr baş verir - Saleh Məmmədov - Əvəz Qocayev tandemi.......

10-09-2018, 22:22           
“Azəravtoyol” ASC-də nələr baş verir - Saleh Məmmədov - Əvəz Qocayev  tandemi.......
“Azəravtoyol” ASC sədri Saleh Məmmədovla bağlı ilgin iddia yayılıb. Belə ki, DİA.AZ-a verilən xəbərdə qeyd olunur ki, bir müddət əvvəl, daha dəqiqi “Azəravtoyol”un rəhbəri keçəndən sonra müəyyən müdətlik özünə piar quran Saleh Məmmədov barəsində işgüzar imici yaradıldığını zənn etdiyindən indi "əsas fəaliyyətə" keçib.

Mənbə bildirir ki, "əsas fəaliyyət" dedikdə anlaşılanı isə asfalt biznesidir. Mənbənin dia.az-a söylədikləri:

"Hazırda sözügedən qurum ayrı-ayrı məmurlara, oliqarxlara asfalt satmaqla məşğuldur. Vətəndaşlar müraciət edəndə isə "ərazini hələ plana salınmayıb" deyərək rədd cavabı verən Saleh Məmmədov təbii ki, müvafiq məbləğin qarşılığında istənilən ərazini asanlıqla "plana salmağı" bacarır".

Mənbə dia.az-a onu da bildirib ki, Saleh Məmmədovun adından bütün bu qara işləri onun əsas pul kisəsi kimi tanınan 1-ci müavini Əvəz Qocayev həyata keçirir.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.