Fərhad Əhmədovun prezident iqamətgahı niyə yarımçıq qaldı? (VİDEO)

2-10-2018, 13:11           
Fərhad Əhmədovun prezident iqamətgahı niyə yarımçıq qaldı? (VİDEO)
Xəbər verildiyi kimi, dünyaca məşhur, planetin ünlü insanları və holdinqləri üçün misilsiz binalar inşa etmiş italyan şirkəti “Paghere Green Service Societa Agricola S.R.L” Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovu və onun şirkətini məhkəməyə verib.

Şirkətin iddiasına görə, biznesmenə məxsus “Baku Caspian Real Estates Limited” MMC – italyan şirkətinə ödənməli olan 3 milyon avronu ödəməyib.

Bildirilir ki, italiyan şirkət 2016-cı ildə Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsində yerləşən 6 hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı müqavilə imzalayıb.

Anlaşmaya əsasən, italyan şirkətinə görülən işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməli idi. Ancaq işlərin başa çatmasına az vaxt qalmış Fərhad Əhmədova məxsus şirkət 3 milyon avronu ödəmək istəməyib. Daha sonra italyanları ərazidən çıxarıb.

AzToday.az xəbər verir ki, Fərhad Əhmədova yaxın çevrələrin bilgisinə görə, bu tikilinin əslində prezident sarayı kimi inşa edilməsi nəzərdə tutulubmuş. Rəsmi anlaşmada belə bənd olmasa da, sifarişi alan şirkətin menecerlərinə bağ malikanəsinin prezident sarayı tipində tikilməsi, rəsmi qəbulların olacağının nəzərə alınması tapşırılıbmış. Rusiyanın Azərbaycandakı əsas adamlarından biri olan Fərhad Əhmədov barədə layihəsindən vaz keçməsindən sonra azərbaycanlı milyarderin əli bu malikanənin tikintisindən soyuyub, sözügedən tikili üçün bu qədər vəsaitin xərclənməsini mənasız sayıb.

Azərbaycanda zatən çox az olan, gəldiyi vaxtlarda da yaşaması üçün lüks iqamətgahları olan Fərhad Əhmədov belə bir sarayın tikintisi və saxlanmasını milyonların havaya xərclənməsi hesab edib və müxtəlif bəhanələr gətirərək ünlü italiyan şirkətinə borcunu ödəməkdən imtina edib. Yəni prezident seçkilərinin vaxtının qabağa çəkilməsi təkcə Rusiyanın yox, şimal imperiyasının layihələrinə güvənərək iqamətgah tikmək istəyən milyarderin də planlarını pozub.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.