Özbəkistanda Azərbaycan yazıçısı Yunus Oğuz haqqında veriliş yayımlanıb

26-10-2018, 16:32           
Özbəkistanda Azərbaycan yazıçısı Yunus Oğuz haqqında veriliş yayımlanıb
Daşkənddəki "Mədəniyyət və mərifət" televiziya kanalında "Dünya ədəbiyyatı" seriyasından yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuz haqqında veriliş efirə verilib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanan verilişdə yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir.

Verilişdə alim və tərcüməçi Babaxan Şərif bildirib ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində "Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", Atabəy Eldəniz" romanları işıq üzü görüb və populyarlıq qazanıb. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.



AMM-nin direktoru Samir Abbasov Yunus Oğuzun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb. O bildirib ki, Yunus Oğuz Özbəkistanda çap edilən elə ilk kitabı-"Əmir Teymur" romanı ilə məşhurlaşıb. O özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.



Ədəbiyyatşünas Adxambek Alimbekov, filologiya elmləri namizədi Gülnaz Səttarova, jurnalist və tərcüməçi Rüstəm Cabbarov, Kokand şəhərindəki Mukimiy adına Dövlət Pedaqoji İnstitutunun dekanı Ziboxon Kabilova yazıçının yaradıcılığı haqqında söhbət açıb, onun əsərlərinin məziyyətləri haqqında danışıblar. Çıxış edənlər Yunus Oğuzun əsərlərinin Özbəkistandan başqa, Türkiyə, Rusiya, İran, Böyük Britaniya, Polşa, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə çap edildiyini bildirib, onun əsərlərinin populyarlığından söz açıblar.



Proqramda Yunus Oğuz öz yaradıcılığı haqqında danışıb, Əmir Teymur və digər tarixi şəxsiyyətlərlə bağlı yazdığı romanlar haqqında söhbət açıb.



Olaylar.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.