Türk xalqlarının milli kimliyinin assimilyasiya vasitələri....FAKTLAR və ANALİZLƏR

1-12-2018, 12:14           
Türk xalqlarının milli kimliyinin assimilyasiya vasitələri....FAKTLAR və ANALİZLƏR
Bir xalqın milli kimliyini assimilyasiya vasitələri ! Görünürdə inkişaf etmiş ölkələrin ərəblərdə, "cahil" və ya "geri zəka" kimi gördükləri bəzi fikirləri və ya islahatları, əslində İslam dininin zühurundan bir müddət sonra ərəb siyasətinin, İslam adı altında yeritdikləri ərəb irgçiliyidir. Həqiqətdə isə nə edilir? Misal olaraq, min beş yüz il bundan öncəki türk xalqlarının ad və soyadları ilə, bu gün bu coğrafiyada yaşayan xalqların ad və soyadlarındakı fərqə baxıldığı zaman assimiliyasiya açıq aydın görünür. Ərəblərin bizə sırıdığı İslama bir ziyalı nəzəri ilə baxarkən, İngilislərin "Parçala hökm et" siyasəti ilə, ərəblərin "Keçmişini unut, gələcəyini qur" siyasəti arasında heç bir fərq görülmür. Baxmayaraq ki, onlar öz keçmişlərini heç zaman unutmur amma, başqa xalqlar üzərində bu istəklərinə yetəri qədər müvəffəq olmağı bacarmış kimi görünürlər. Qurani Kərimdə Allahın doxsan doqquz isminin arasında, türk xalqlarına məxsus təktanrılıq inancının yer üzündə ilkin carçısı olan Göktanriçiliğin, "Tanrı" və ya "Tengri" kəliməsi yoxdur deyə, bu gün əksəriyyət öz dilimizdə "Tanrı" deməyə çəkinir. İslam elmlərindən yalnız fəlsəfədə "Tanrı" ismi keçir. Səmavi dinlərdən öncə "Göktanrıçılıq" inancına görə tək olan Tanrı yer, göy və yerin altı olaraq hər yerə hökm edirdi. Əslində "Göktanrıçılıq" ilkin səmavi din idi. Türk hökmdarları "qüdrət" verildiyi və ya "seçilmiş" olduğu səbəbiylə bəzən "Tanrının oğulları" adını daşısalar da, bu gerçək anlamda Tanrının övladı olduğu anlamına gəlmirdi. İlk Təkallahlı din "Göktanrı" inancı türk xaıqlarının inancı idi. Bu inanc daha o zaman var idi ki, başqa xalqlar bütlərə sitayiş edirdi. Assimiliyasiya siyasətinin başqa bir nümunəsi kimi... Ərəblər niyə musiqini haram bilir? Məsələ ərəb cehaleti deyil, çoxbilmişliyidir. Musiqi bir xalqa xas bütün duyğunu dilə gətirə bilmək, oyatmaq xüsusiyyətinə malikdir. Musiqi xalqın ruhudur ! Rəqs xalqın genetik daşıyıcısıdır !.Bu halda niyə musiqi ve rəqs din tərəfindən haram elan olunsun? Tanrı bütün təbiəti musiqi harmoniyasında yaratmamışmı? Təbiəti dinləyəndə, quşların oxuması, çayın səsi, küləyin uğultusu, rüzgarın nəğməsi, qurd uluması təbiətin özünə məxsus musiqisidir. İnsan təbiətin bir parçası deyilmi, Allah təbiəti öz nəğməsini oxuyan halda yaratmışkən, yaradılanın ən kamili, düşünməyi bilən insan niyə bundan məhrum edilsin? Dilsiz təbiətə öz nəğməsini ifadə etmək özəlliyi verən Allah, insanı niyə bu özəllikdən uzaq tutsun? Türkün törəsində təbiətə saygı, sevgi və təbiəti dinləmə, qoruma ilə yanaşı təbiət və canlı aləminin səslərini ifa edən musiqi növləri də var. Bəs musiqi niyə doğru qəbul edilməsin? Əsas məsələ nədir? Bildiyimiz kimi, İslam dini ərəb mədəniyyəti və ərəb təfəkkürü üzərinə yerləşdiyi halda başqa ölkələlərə də yayılıb. Bu gün bəzi İslam alimləri, İslam adına musiqini haram buyurur. Peygəmbər sünnətinə uygun olmayan musiqiləri rədd edir, ilahi dinləməyi məsləhət görürlər. Ərəblər çalğı alətlərini qırıb, məhv etdikləri zaman bunu "gavur istehsalı" son model Avropa məhsulu telefonlarıyla video çəkib, sonra da sosal şəbəkələrdə yayınlayırlar. Bununla da başqa ölkələrdə və ya Şərqdə öz təfəkkürlərinə uyğun zehniyyətə, musiqiyə qarşı çıxmağı təbliğ edirlər. Xürafat kimi görünən bu məsələ də o biri məsələlər kimi, ərəblərin və din tacirlərinin istədiyini əldə edə bilməsi məsələsindən başqa şey deyildir. Bir xalqın etnik və milli kimliyinin təzahürü mədəniyyət sayəsində qorunub saxlana bilir. Qurani Kərimdə musiqinin haram olduğuna dair heç bir ayə olmadığına rəğmən, Məhəmməd peyğəmbərin "əgər mənim dinimdə yeniliklər orata çıxarsa alim elmini ortaya qoysun, yəni hökm versin" hədisinə istinad edərək, musiqinin də haram olduğunu irəli sürürlər. Bildiyimiz qədəriylə vəhyin gəldiyi zaman da ərəb coğrafiyasında musiqi alətləri və musiqi var idi. Var olmasına rəğmən Qurani Kərimdə bu barədə heç bir qadağa yoxdur. Deməli, musiqinin də israrla haramlar cərgəsinə alınması, millətlərin öz genetikasına esaslandığı üçündür ! Tarixi abidələrin "bütləşmə" prizmasından yargılanaraq məhv edilməsi, ümumilikdə mədəniyyətin sevilməməsi də eyni məqsədə qulluq edir. Bu sadəcə mənəvi dəyər adı altında yumşaq assimiliyasiya prosesidir. Halbuki orta əsrlərə nəzər saldıqda İslam aləmində mədəniyyət inkişaf etməkdə idi. Son olaraq, Hüseyn Cavid deyimiylə sözümü tamamlayıram:
Turana qılıncdan daha kəskin, ulu qüvvət Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Teref.az
Gülnar Şahsevən












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.