Şərqin Napoleonu və II Makedoniyalı İsgəndər – VİDEO

7-02-2019, 08:17           
Şərqin Napoleonu və II Makedoniyalı İsgəndər – VİDEO
Nadir şah (22 oktyabr 1688-19 iyun 1747) – Azərbaycan, Türküstan və Hindistanın şahı (1736-1747) və türk-soylu əfşarlar sülaləsinin banisi. Azərbaycan türklərindən olan böyük sərkərdə, dövlət xadimi. Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri. Tarixdə həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona Şərqin Napoleonu və ikinci Makedoniyalı İsgəndər kimi ləqəblər vermişlər.

Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıqla məşğul olan bir ailədə dünyaya gəlmişdir. Müəlliflər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər.
butajurnal.com













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.