Mircəfərin rəqqasə ilə məktublaşması üzə çıxdı

24-10-2015, 10:35           

Azərbaycan tarixində ən ziddiyyətli şəxsiyyət olan Mircəfər Bağırovla məşhur rəqqasə, xalq artisti Əminə Dilbazinin məktublaşması üzə çıxıb. Axar.az xəbər verir ki, Adıgözəl Məmmədovun “Baş tutmamış çevriliş” kitabında Əminə Dilbazinin repressiyadan qurtulmaq üçün Bağırova məktub yazması ilə bağlı faktlar yer alıb. Əminə Dilbazi “525-ci qəzet”in 1997-ci il 29 oktyabr tarixli sayında sualları cavablandırıb: - Əminə xanım, necə oldu ki, 37-ci ildə sənət adamlarına qarşı olan təzyiqlər sizdən yan keçdi? Deyilənə görə, Mircəfər Bağırov sizin sənətinizə pərəstiş edirmiş. - Bəy nəslindən olduğuma görə mənə və sənətimə hər vəchlə mane olmağa çalışırdılar. Məni komsomola keçirmədilər. Başa düşdüm ki, komsomola qəbul etməyiblərsə, partiyaya da keçirməyəcəklər (bəhanələri də o olurdu ki, bəy nəslindənəm, guya, bacım İrana ərə gedib, casusdur və s.). Bütün bunlarsız isə mənim sənətdə uğurlarım əbəs olacaqdı. Bir sözlə, məni yox etmək istəyirdilər. O vaxtlar bizim rəqs qrupu fəaliyyət göstərirdi. Mircəfər Bağırov bizə xüsusi diqqət yetirirdi. Gəlirdi, çıxışlarımıza tamaşa edirdi. Bütün bu təzyiqləri görüb qət etdim ki, Mircəfər Bağırova belə bir məktub yazım: “Mən Sizə ata kimi müraciət edirəm. Bəy nəslindən olduğumu bəhanə gətirib məni komsomola qəbul etmirlər. Belə getsə, sənətimi atmağa məcbur olacağam. Komsomola, partiyaya qəbul olunmayacağamsa, incəsənətdə qalmağımın nə faydası? Mən gəncəm, gərək taleyimi indidən həll edəm. Ümidim bircə Sizsiz. Əgər məsləhət görsəniz, mən heç kimə maneçilik olmasın deyə, sənətimi ataram”. Üç gündən sonra gənc rəqqasənin sevinci dünyaya sığmırdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin katibi Mircəfər Bağırov bəy nəslindən olan Əminə Dilbaziyə rəsmi məktub göndərmişdi: “Siz bu sənətdən uzaqlaşmamalısınız, heç nədən ehtiyat etməyin”. -












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.