Ermənilərin qənimi olan qumarbaz Bakı milyonçusu – TARİXİ ARAŞIDIRMA

29-10-2015, 00:37           

Milyonçu Mövsüm Səlimovun Bayıl türməsində güllələnməsi bütün Bakı əhlini sarsıtmışdı. Mövsüm əslən Abşeronun Binə kəndindən idi. Binəqədi ərazisindəki neft buruqlarının demək olar ki, yarıdan çoxu onunkuydu. Mayılovun opera teatrında ermənilərin girov götürdükləri milyonçuların arasında onun da adı çəkilirdi. Bu da səbəbsiz deyildi, Səlimov ermənilərə qarşı hədsiz nifrəti ilə seçilirdi.

Səlimov Bakıda ən əligətirən qumar bilicisi kimi tanınır və cümə günləri Mayılov teatrında, başqa vaxtlarda toy şənliklərindən sonra təşkil edilən qumar məclislərində ermənilərdən pul `qırxardı`.

…Mövsüm toy mağarına girəndə Şirvandan gəlmiş Həmid ağa "Heyvagülü" oynayırdı. Çadırdan, yeyib-içməkdən çıxan Abramyan da toyxanaya girib səntirləyə-səntirləyə Həmid ağanı yamsılamağa başlayır. Çəpik səsi daha bərkdən gurlayır, hər tərəfdən, "ay can, ay can" deyə kinayə ilə gülüşür, bağırırlar.

- Bəyin başını haçan qırxasıdılar, ara? - Abramyan Mirzəyevin qənşərində dayanıb əlindəki palazqulaq onluğu yelləyərək, əsnəməyə başladı və kənarda dayanıb rişxəndlə gülümsəyən Mövsümə:
- Mən gedirəm kart oynamağa. Ara, bu qün sizi didişdirəcem, qaz kimi, - dedi.

O vaxtlar belə bir adət vardı ki, toy evlərində iki? bəzən də üç gün sərasər qızğın qumar gedərdi. Əsasən "dvadsat odin" oynayırdılar. Kartı da aşağıdan paylamaq dəb idi. Varlı evlərində toy vurulanda Şamaxıdan, Qubadan, hətta Gəncədən qumar həvəskarları toplaşardı məclisə. On manat toypayı verib? bəziləri on min manat uduzaraq? gedərdilər. Həmid ağa "dvadsat odin" sözünü eşidib rəqsini dayandırdı, Aramyanın yanına gəlib:
- Mən də ayağam, - dedi, - harda oynayırıq, Mirzəyev?
Ev sahibi narazılıqla başını bulayıb:
- Ardımca gəlin. Düzü? heç ürəyimcə deyil bu qumar məclisi. Həmişə axırı qanqaraçılıqla qurtarır. Adətin xilafına çıxmıram, amma səhər yığışdıracaqsınız şələ-külənizi. Səhərəcən! Vəssalam!,- deyərək, kibrit çəkib şamları yandırdı.

Arxadan sakit-sakit gələn `Malbaş` Yusif Mirzəyevin bu sözlərini eşidib kinayə ilə bığsız dodaqlarını yaladı və əyilərək Dağlı Musanın qulağına pıçıldadı:
- Özü kartın ölüsüdür. Düz üç gün bütün var-yoxunu uduzanacan oynayacaq.

Qumar məclisi

… Ev sahibinin sevincinin həddi-hududu yox idi. O, bir an fiirləşdi, kartı bir dövrə də paylamaq istədi, ancaq Abramyanın qarşısına atdığı kartı yenidən kalodanın üstünə qoyub, bankdakı pulları qarşısına süpürdü.
- Çox istəyən, azdan olar. Hələlik bəsimdir, - dedi.

Qumar otağına qoca, eynəkli və kəpənək qalstuk taxmış bir kişi daxil oldu.
- Ara, Mirzoyev, nöşun bizdən kaçursuz, gizlanirsuz? Qospoda, yer eləyün biz da oynayak. Serqey Vasilıeviç, sadites pojaylusta. Bu kişi Şulgindir. Proşu lyubit i jalovat. Çox böyük kart bilicisidir, - deyə Qrişa Qazarbekov qışqıra-qışqıra stola yaxınlaşdı.

- Oooo, siz `Blek Cek` oynayırsınız? Bu oyuna məftunam. Çox təmiz oyundur. Mən də otura bilərəmmi?- deyərək Mövsümün yanındakı boş kürsüyə əyləşdi. Qrişa da onun yanında özünə yer etdi.
- Kto stavitı bank? Abramyan?

Abramyan saymazyana stolun ortasına qızıl Nikolay onluğu tullayıb, kartları payladı. İki dövrdən sonra bank şişib yüz otuz manat olmuşdu. Azart bürümüşdü hamını, artıq nəinki bir abbası, heç bir manatla da oynamırdılar. Aşağı stavka üç manata qalxmışdı. Hər tərəfdən Abramyana "bankı götürginən", "kalodanı ötür",- deyə məsləhət verirdilər. O, qışqırtıları qulaqardına verib, yeni dövrə üçün kart payladı. Abbasa "açıl" komandası oldu. "On doqquz" deyə o, kartları stolun üstünə düzdü. Abramyanda da həmin qədər xal vardı. Sifəti qızartıdan od tutub yanır, gözləri siçovul tutmuş pişik təkəbbürü ilə parlayırdı. Əlindəki tuzu gah stolun üstünə qoyur, gah da əlinə götürərək sığallayırdı.

Həmid ağa:
- Bankda nə qədərdir? Yüz səksən manat? Yüz əlli manata bir kart ver,- dedi.

Kartı əlindəkinin üstünə qoyub, sıxmağa başladı. - Özünü gör, - deyə pıçıldadı.
Abramyan özündən razı halda kart götürdü, altılığın üstünə `dama` gəldi və o, kartalarını çevirərək, gülümsədi, boş əli ilə bığlarına sığal çəkib, bir kart da çıxardı
- "Doqquzluq" bəsdir, on səkkiz xal!
Həmid ağanın sifəti yenə qızardı, alnında tər tumurcuqları parladı, qarşısındakı iki yüzlüyü "banka" atıb, əlli manat götürdü.

Abramyan gözlərini qıyaraq, Mövsümə baxdı:
- Sizin növbədir, cənab.
- Üz yüz.
- Çto? Trista? - Abramyan kartını qaldırıb baxdı "yeddilik" idi. - Bəlkə azaldasınız?
- Yox, üz yüz manat.- Səlimov ağzından nazik şırnaqla siqaret tüstüsü üfürərək, biganə baxışlarını Abramyana zillədi.
Abramyanın kart tutmuş barmaqları xəfifcə titrəyirdi. Kartı kalodadan çıxaranda əlindən saldı. "Tuz" idi, Mövsüm kartı götürüb razı halda gülümsədi və "bəsimdir" dedi.
Bankir yeddiliyin üstünə "doqquzluq” aldı. Kart dəstini stolun üstünə qoyub, əsəbi halda alnını, gicgahını ovuşdurdu, nəzərlərini qaldırıb rəqibə baxdı və yeni bir kart götürüb, ovucları arasında sıxdı, hirslə əlindəki onluğu stola çırpıb, söyüş söydü.
- Götür! - dedi.

Şulgin Səlimova tərəf əyilib onun kartlarına baxaraq, istehza ilə gülümsədi. On beş xalı vardı Mövsümün. O, bankdan üç yüz manatı seçib götürdü.

Dağlı Musa bu vaxtadək qumar məclisində olmamışdı. Kiçik yarıqaranlıq otaqda emosiyanın çoxluğu, qatılığı onu elə əsir etmişdi ki, vaxtını necə keçdiyini hiss etməmişdi. Sevinc, qəzəb, hiddət hissləri tədricən güclənir, ən yüksək həddə çatır, sonra tükənir, sönürdü.
O, sakit, lakin şən, ya da narahat, bəzən süst, laqeyd əhval-ruhiyyə səhnələrinə baxdıqca özü də həmin dinamikanı yaşayırdı. Həyəcanla bircə şey arzulayırdı: uduzsun Abramyan! Hər dəfə onun bozaran sifətini görəndə, onun iyrənc hiddətini süzdükcə öz daxilində şirin bir həyəcan, istilik duyurdu.

Abramyanın sifətindən əsl ermənilik yağırdı. Musa bu yastı, yağlı sifətə baxanda bazarda moldovan qaraçılarının oynatdığı gözlüklü ilanın əksni görür, çiyrənirdi. Abramyan bütün pullarını uduzmuşdu. Mövsümün qarşısındakı "bank"da üç minə yaxın pul qalaqlanmışdı. O laqeyd, şüşə kimi soyuq nəzərlərlə, daş təki dəyişməz sifətlə kartları verir, vurur, vurulurdu.

Qrişa Qazarbekov zarafatından qalmayaraq, yenə əlini jiletinin cibinə soxub, altı ədəd qızıl onluğu çıxardı, bir-bir tələsmədən onları pul qalağının üstünə tulladı. Növbə Abramyanın idi.
- İki min beş yüz! Bəli, bəli! İki min beş yüz manata bir kart verin, - deyə Abramyan titrəyən, həyəcanlı səslə təkrar etdi. Bu sözləri deyərkən onun üzünün əzaları bir neçə dəfə səyrildi.
- Mən sizin qarşınızıda pul görmürəm, cənab Abramyan.
- Dəniz kənarındakı mülkümü qoyuram.
- Sözü banka qoymurlar, - Mövsüm iki barmağı ilə tutduğu kart dəstini stolun üstünə qoydu.
- Siz bilirsiniz ki, əlimdəki tuzdur və mən bu dəfə mütləq vuracağam, ona görə cığallıq edirsiniz. Kart verin mənə!
- Kartı pul ilə oynayırlar. Mənsə ortada onu görmürəm.

Mövsüm sakitcə kalodanı öz kartı üzərinə qoyub, dəsti stolun ortasına itələdi:
- Kartlar buradadır. Heç olmazsa zapiska yazın, imzanızla təsdiq edin, oynayaq. Mən oyundan qaçmıram.
Abramyan hirslə döş cibindən kiçik dəftərçə çıxardı və...
"Dəniz kənarındakı ikimərtəbəli evimi üç min manata girov qoyuram", - yazdı, imza edərək Səlimova göstərdi.
- Üç min manata bir kart verin!
- Buyurun, - deyə bankir bir kart verərək dəsti yenə stolun ortasına qoydu.
Abramyan, Qrişa Qazaryan və Mirzəyev gözlərini yavaş-yavaş sürüşən kartlara zillədilər.

- Tfu!! Boje moy, çto takoe!? Eşe odnu dayte, - deyə Abramyan hiddət içində yumruğunu stola çırpdı. Kartı götürüb sıxmağa başladı, üzü iyrənc tərzdə əyildi, gözlərində iri yaş damlası peyda oldu. Əyilərək anlını stola söykəyib, eləcə də oturdu.
Bankda altı mindən yuxarı pul vardı. Mövsüm bankı yenə yığışdırmadı. Şulginin və Qazarbekovun qarışısna laqeydliklə kart tullayıb, sual dolu nəzərlərini Abramyana zillədi. Erməni Zirə pomidoru təki qızarmışdı:
- Payla! Mənə də ver! –Səlimovun soyuqqanlıqla onun üzünə baxdığını görüb: - İndi arvadım gələcək,- dedi. - Yox, yox onu qumara qoymuram, ləl-cəvahiratını…
- Nə vaxt gətirsə, onda da oynayarsınız. Mən nisyə oynamıram.
Həmin gecə Səlimov üç saat ərzində Malbaş Yusif, Qrişa Qazaryan, Abramyan və Mirzəyevin ciblərini təmizlədi.

Mövsüm Səlimovun varlanmasının, milyonçuya çevrilməsinin çox maraqlı bir tarixçəsi vardı. Həmin gecə udduqlarını və əlindəki sərmayəni toplayaraq torpaq alır, neft quyuları qazdırır. Qumara son qoyur.

Xeyli fəhlə toplayıb işə başlayır. Lakin uzun müddət gözlədiyi nəticəni ala bilmir. Birinci, ikinci, üçüncü, hətta dördüncü quyu qazılır, lakin heç birindən neft çıxmır. Belə uğursuzluq Mövsüm Səlimova çox baha başa gəlir. Axır iş o yerə çatır ki, o? hətta yenidən Tağıyev kazinosuna da gedə bilmir, tam müflis olmaq vəziyyətinə çatır. Fəhlələrə vermək üçün pulu qalmır. Qazılan quyulardan neft çıxmaması bütün planlarını alt-üst edir...

Mövsüm Səlimovun bağı Pirşağıda yerləşirdi. Bir gün artıq fəhlələrə haqq verməyin vaxtı yetişir. Sabah usta haqq dalınca gəlməlidir, ancaq onda veriləcək pul yoxdur. Çox götür-qoydan sonra bir çıxış yolu tapa bilməyərək, hövlank evdən çıxır. Camaatın içində rüsvay olmaqdansa, baş götürüb buralardan getməyi üstün tutan Səlimov əvvəlcə mədənlərə baş çəkməyi lazım bilir. Biləcəriyə - dəmiryol vağzalına üz tutur. Bilet alıb qatara əyləşir. Qatarın tərpnəməsinə az qalır. Səlimov fikirli-fikirli pəncərənin qarşısında dayanıb bayırı, doğma yerləri nəzərdən keçirir. Elə bu vaxt ustanın düz ona tərəf yüyürdüyünü görür. Bu, əsl biabırçılıq idi... Lakin ustanın çöhrəsində elə bir sevinc vardı ki…

Usta elə uzaqdan var səsiylə: "Xozeyin, gözün aydın, quyu fontan vurdu",- deyərək, bağırırdı. Səlimov bu xəbəri eşidib, sevincindən neyləyəcəyini bilmir, əynindəki qiymətli xəz dərili paltonu çıxarıb, ustaya geyindirir...

Həmin gündən sonra yavaş-yavaş işlər qaydasına düşməyə başlayır. İkinci, üçüncü quyular da neft verir. Beləcə, Mövsüm Səlimov milyonçuya çevrilir.

Qeyd etmək lazımdır ki, o, çox ədalətli və insaflı adam olub. Yetim-yesirin qayğısına qalıb, çoxlarına arxa durub. Qazandığı pulları yaxşı işlərə, nəzir-niyaza sərf etməkdən çəkinməyib. Mövsüm Səlimovun Binə kəndində tikdirdiyi məscid Abşeron kəndlərindəkilərin demək olar ki, hamısından fərqlənir. Abşeronun elə bir kəndi tapılmaz ki, orada məscid olmasın. Ancaq onların arasında yeganə sütunsuzu Mövsüm Səlimovun Binədə tikdirdiyidir. İndi də həmin müqəddəs yer işləyir və Mövsüm Səlimovun adını daşıyır...

Onun ermənilərə qarşı hədsiz nifrəti olduğunu demişdik. Azğın düşmənlərimizin artıq `Razin`ə qədər gəlib çıxdığı bir dövrdə bütün Abşeron təhlükə altında idi. Ermənilər dörd istiqamətdən irəliləyirdilər. Mövsüm Səlimov Bakının bütün başıpapaqlılarını məscidə yığıb, belə bir sual verir: "Ay camaat, bu papağı başınıza niyə qoyursunuz?! İsti-soyuq üçün? Qeyrət, namus vaxtıdır! Erməni gəlib burnumuzun ucuna dirənib. Bir tədbir görmək lazımdı. Onların layiq olduqları cavabı verməliyik!",- deyir. Bundan sonra bütün imkanlılar hərəkətə gəlir. Silah-sursat alınır. Səlimovun təkcə özü dörd top alır. Həmin toplar ermənilərin irəliləmək istədiyi bütün istiqamətlərdə - biri Binə yolunda, biri `aeroport` tərəfdə, biri Buzovna yolunda, biri isə Bilgəh istiqamətində qoyulur. Olaydan xəbər tutan ermənilər heç irəliləməyə cürət etmədilər, qayıdıb getdilər...

Mövsüm Səlimov hələ Azərbaycanda sovet hökuməti qurulmamışdan bir neçə gün əvvəl ailəsilə birlikdə Bakını tərk edir. O da İrana üz tutanlar arasında idi. Bundan sonra uzun müddət - 1944-cü ilə qədər orada yaşayır. Elə ki, bizimkilərin müharibə dövründə İrana ayağı açılır, orada Mövsüm Səlimovu tanıyanlar olur. O illər Mircəfər Bağırovun ən sadiq təbəələrindən biri olan Ağasəlim Atakişiyev İrana təhkim idi (Bağırovun məhkəməsi zamanı o da həbs olunanlar arasında olub. O, iyirmi beş il cəza alıb, bunu başa vuraraq geri qayıda bilmişdi və öz əcəli ilə Bakıda vəfat edib).
Xəbəri Atakişiyevə çatdırırlar. O isə öz növbəsində rəhbərə məlumat verir. Bağırov nəyin bahasına olursa-olsun, Mövsüm Səlimovun həbs edilərək Bakıya gətirilməsinə əmr verir.

Aradan neçə illər keçdiyinə görə Mövsüm Səlimov izlənəcəyini, tutula biləcəyini xəyalına da gətirməzdi. Odur ki, tam sərbəst yaşayırdı.

Bakıdan incəsənət adamları, başda Xan Şuşinski, Əbülfət Əliyev, Sara Qədimova və başqaları da olmaqla bir dəstə İrana gəlir. Həmvətənlərinin görüşünə gedərkən agentlər Mövsüm Səlimovu həbs edərək, Bakıya gətirirlər.
1945-ci ildə, artıq neçə ildən sonra doğma vətənə qayıdan Milyonçunu burada yaxşı heç nə gözləmirdi. Mircəfər Bağırovun əmrilə ermənilərin qənimi Mövsüm Səlimovu güllələyirlər...
Az Vizion












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.