Xızır peyğəmbər – Odlu göldən gəlmiş Azər Allahıdır

2-04-2019, 08:03           
Xızır peyğəmbər – Odlu göldən gəlmiş Azər Allahıdır
Xızır peyəmbər haqda rəvayətlərdə çox məlumatlar verilir. İslam mənbələrində Xızır peyğəmbər – çətinliyə düşənlərin köməyinə çatan, insan cildinə girə bilən, möcüzələr göstərmək qabiliyyəti olan ölümsüz müqəddəsdir. Mənbələrdə digər adı Xızır-Nəbi və Xıdır-İlyas kimi də keçir. Novruz bayramında keçirilən törəndə Xızır peyğəmbər odla əlaqələndirilir. Törəndə - “Xızır, Xızır Xız gətir, var dərədən od gətir” deyən insanlar, Xızırın – İlahi “Xız” odu ilə bağlılığına inanırdılar.

Sufi-batinilərdə Xız (XZ) rəmzi, Novruz törəninin digər iştirakçısı olan Kosa (KS) rəmzi ilə eyni mənalı olub, yunanların Xaos (XS) rəmzi ilə də eynilik təşkil edir. Ən qədim Misir yazılarında “KZ”, “XZ” və s. oxşar rəmzlər həyat enerjisini, yəni ilkin materiyanı - İlahi odu bildirirdi. Deməli, Xızırın Xız İlahi odu elə Prometey tərəfindən yerə gətirilmiş İlahi odun, yəni ilkin materiyanın rəmzidir ki, batinilərə görə məhz bu enerjinin hesabına, düşünmə qabiliyyəti olmayan insan - kamil insana (Homo sapiens) çevrilmişdir.

Ən qədim Misir yazılarında İlahi od – Osiris (Asar) Allahına aid edilir və mətnlərədə o özünü “Odlu göldən gələn”, “Od oğlu Od” və s. adlandırır. Misirşünas U. Bac, “Ölülər kitabı”nda odla bağlı olan Osiris Allahını – “Ptah-Seker-Azar” adlandırır. Mətnlərin birinə görə, bu od Abtudan qalxır və Osirisin bədənini alovlandırır. Buradakı Ptah rəmzi digər mənbələrdə Pta/Pat/Apet/Afet/Yafət kimi, Seker rəmzi – Sokar/Ərsak kimi, Azar isə Asar/Assur/Aşşur/Azər və s. kimi də yazılır. Deməli, Osiris Allahının digər adı – “Yafət-Ərsak-Azər”dir və Osiris odu da, mənbələrdəki Azər odudur. Abtu (BT) rəmzi isə digər qədim yazılarda “ev” mənasını verən Bit/Beyt (BT) rəmzidir. Deməli, Xızırın Xız İlahi odu həm də İslam Beyti ilə bağlıdır.

Qurana görə, İlahi odla bağlı olan ev, Azər oğlu İbrahim peyğəmbər üçün tikilmiş və ora cənnət ölkəsinə çevrilmişdir. Bu evin tikilişi isə Quranda Musa peyğəmbərə aid edilir (Quran, 37:97, 21:69, 2:126-128, 20:10-13, 27:7). Tövrat, Musa peyğəmbərin göydən gətirdiyi İlahi oddan yaratdığı cənnəti - Allahın sakin (Skinya) olduğu “Vəhy çadırı” adlandırır. Tövrata görə, Qurbangahda möcüzəvi surətdə yanmağa başlamış bu müqəddəs od, bura mütəmadi tökülən qurbanların qanı hesabına həmişə yanır və tüstüsü göylərə qalxır (Библия, Исх.13:21, 40:38, Числ.9:15-23, Лев.6:12,13). Bu isə o deməkdir ki, İlahi od - qurbangahla, qurban ruhları vasitəsi ilə əldə edilmiş və ondan cənnət yaradılmışdır. İslam dahilərindən olan Mühiddin ibn Ərəbi də “od” dedikdə cənnəti nəzərdə tutur ki, burada yüksək əbədi səviyyələri olan elçi və peyğəmbərlər olurlar. Qurana görə, Allah da İlahi oddan yaranmış Nurdur. Quranda qədim Misirin Ra günəş diski – “içində Nur olan şüşə Ulduz” kimi rəmzləndirilmişdir (Quran, 24:35). Belə çıxır ki, İlahi odla bağlı olan qədim Misir Allahı Ra-Amon, elə islamın Rəhman adlandırdığı Allahdır. Rəhman Allahın ərşə yüksələrək oranı tutması da, firon Amonun - Ra-Amon (Rəhman) Allahına çevrilməsi mənasındadır. Bu haqda daha geniş məlumat – “Rəhman Allahın ağlasığmaz sirləri” adlı məqaləmdə vardır (http://gilarbek.blogspot.com/2012/03/rhman-allahn-aglasgmaz-sirlri.html).

Bütün bunlar onu deməyə əsas verir ki, “İlahi odla bağlı ev” dedikdə, qurban ruhlarından yaradılmış ev və ya çadır formasında olan məkan nəzərdə tutulmalıdır. Cənnət mənasında olan bu ev və ya çadır - ilkin materiyada, yəni göylərdə odlu ada kimi də təsəvvvür edilir.

Məşhur sufi alimi Mühiddin ibn Ərəbi Xızır-İlyası – İdris-İlya peyğəmbər adlandırır və bildirir ki, O – Göy kürəsinin mərkəzində, Günəş kürəsində dincəlir. İbn Ərəbiyə görə, İdris-İlya - Livan (Lubana/Alban) dağı ilə bağlı olan “odlu ayğır”dan qopmuş, ehtirası tərk edərək “təmiz ağıl”a çevrilmiş Allahdır (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl.22). Başqa sözlə, Xızır peyğəmbər Quranda - “İçində Nur olan şüşə Ulduz” kimi rəmzləndirilmiş Günəş kürəsi formalı Odlu şardır. Bu isə elə qədim Misirin Ra (Ra-Amon) günəş Allahıdır.

Xızırın, yəni İdris-İlyanın Livan/Alban rəmzi ilə bağlı olması və mənbələrdə Xızır-Nəbi adlanması, onun qədim Misirin Benu (ElBenu=Alban) rəmzi ilə bağlılığı deməkdir. Qədim Misirdı Benu quşu – ölmüş insanın ölümsüzlük qazanmış Ba ruhunu bildirir. İslamda Ba rəmzi Bəsmələ kimi qeyd olunur və Billah (Ba-Allah), Vallah (Va-Allah) kimi də məlumdur. Başqa sözlə, Günəş kürəsində ölümsüzlük qazanmış Xızır peyğəmbər elə qədim Misirdəki pir/firon Amonun (Əman) Ba ruhudur. Rəsmlərdə Xızırın su və ya balıq üzərində təsvir olunması da, insan təfəkkürünün və ruhunun balıq rəmzi ilə qeyd olunması mənasındadır.

Sufizmdə Xızır/Hızır rəmzi – Hü-Azər kimi açılır ki, buradakı “Hü” rəmzi ilkin materiyanı, yəni İlahı - İlahi odu bildirir. “Hü” İlahi odu adi insanların gözlərinə görünmir. Onu yalnız ekstatik durumda - qamlıq, şamanlıq məqamında görmək olur. Buna görə də Hızır rəmzi bəzən də Azər kimi yazılır. Qədim mənbələrdə də Hazarapat, yəni Xızır-Yafət rəmzi digər mənbələrdə Azarapat, yəni Azər-Yafət kimi qeyd olunur.

Yadıqlarımızdan belə çıxır ki, bizim Xızır peyğəmbər kimi tanıdığımız İlahi Varlıq elə ölümsüzlük qazanmış Azər – Asar (Osiris) Allahıdır. Azər Allahının “törəmələri” isə İlahla vəhdətdə olan Xəzər türk bəgləridir ki, sufizmdə Xəzər rəmzi də Xızır/Azər rəmzi ilə eyni mənalıdır. Ən qədim mənbələrdə bu insanlar adi – yer insanından fərqli olaraq Göy insanı, yəni Göy türklər adlanırdı. Türk mənbələrində bu bəglər – “Şad Apıt bəgləri” kimi keçir ki, bu da “Seyid Yafət bəgləri” deməkdir. Dilimizdəki “Həzrət” rəmzi də - “Hızır-Ata” mənasında məhz Azəri müqəddəs əsilzadələrinə aid edilir. Türk bəglərinin Azər/Xızır şahı isə mənbələrdə - “Göydə Tanrı tək Tanrı yaratmış”, “Tanrı tək Göydə yaranmış” bilici türk xanı adlanır və s.

Bütün bunlar haqda daha geniş məlumatlar, kitab və məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.