Körpə Hitleri öldürmək: problemin fəlsəfi açıqlaması

29-10-2015, 21:02           
Körpə Hitleri öldürmək: problemin fəlsəfi açıqlaması
Oxucularımıza belə bir sual verdik: əgər zamanı geri qaytarıb Hitleri uşaq ikən öldürmək şansınız olsa idi nə edərdiz?
Müəyyən ehtimalları nəzərə alsaq, bu çətin bir sual deyil. Zamanda geriyə qayıtmaq, sadəcə Hitleri aradan götürər və bunun yeganə təsiri, bu olar ki, Nasist Partiyası xarizmatik liderini itirər, beləcə Almaniyada gücü ələ ala bilməz, İkinci Dünya Müharibəsi, həmçinin Holokostun qarşısı alınar və bu alternativ reallıqda İkinci Dünya Müharibəsindən daha pis bir şey baş verməzdi. Beləcə, zamanda səyahətin heç bir mənfi, istənilməyən nəticələri olmaz. Daha sonra isə sual, bir qədər də kiçilir: "40 milyondan çox insanı xilas etmək üçün, bir insanı öldürmək ədalətli olardımı?" Bu sual, olduqca asandı. Siz, bir uşağın on milyonlarla insan həyatını xilas etmək naminə ödəniləcək dəyərdə olduğunu düşünmək üçün, ifrat fövqəl-faydalı düşüncəli insan olmalı deyilsiniz. Amma təbii ki, bu təxminlər olduqca güclüdü. Burada körpə Hitleri öldürməyin ağıllı fikir olub-olmadığını düşünməyə başlamazdan əvvəl, həll edilməli olan bəzi məsələlər var.
Zamanda səyahət, əslində tarixi dəyişdirə bilərmi?

Terminator zamanda geri getdi. Ama bir tərəfdən də, daha dərin düşünəndə, o - Terminator həmişə orada idi... Foto: Orion Pictures
Burada ilk sual, zamanda geriyə səyahətin, əslində funksional olaraq mümkün olub-olmadığıdı. Səyahətin texniki cəhətdən mümkün olub-olmadığı qoyun bir kənara. Belə görünür ki, geriyə hesablanmış zaman səyahəti ağlabatan olsa belə, bundan istifadə edərək tarixin gedişatını dəyişdirmək, əslində mümkünsüz ola bilər. Mənim dediklərim, həmkarım Matt Yglesias-ın sözləri ilə "12 Monkeys" və ya "Terminator" kimi filmlərdə təsvir edilib: "Sadə dillə desək, zamanda sıçrayışın, sadəcə dəyişməz olan dörd ölçülü blok bir kainatın xüsusiyyəti olduğunu başa düşmək lazımdı". Məsələn, "Terminator"da: Kyle Reese, Sarah Connoru qorumaq üçün geriyə göndərilir, çünki onun oğlu John, daha sonra Anti-Skynet üsyanının lideri olacaq. Amma Reese "atalığını" itirir. Çünki onun səyahəti, tamamilə zaman tunelinin bir parçasına çevrilir.
Bu fikrə görə - zamanda səyahət mümkün ola bilər, amma gərək bu keçmişdə baş vermiş hadisələrlə üst-üstə düşsün. Fiziklər arasında həmin vəziyyət Novikovun "Ardıcıllıq Prinsipi" olaraq tanınır. Ola bilsin ki, fikir yanlışdı, amma zamanda səyahətin mümkün olduğunu düşünən insanların paradokslardan yaxa qurtara bilməsi üçün, onların xeyrinədi. Məsələn, ən məşhur zaman səyahəti problemi - "Baba paradoksu": düşün ki, sən zamanı geri qaytarırsan və babanı, ana/atan doğulmamışdan öncə öldürürsən. Bu hadisə sənin içində mövcud olduğun bir dünya yaradır, amma belə bir şey varlığın məntiqinə əsasən mümkün deyil. Belə hadisələr sadəcə baş verə bilməz və çox sayda fizik, filosof Novikovun "Ardıcıllıq prinsipi"ni qəbul etməsi üçün də əsas sayılmamlıdı. Böyük filosof David Kellogg Lewis, həmin məsələyə özünün 1976 səhifəlik "Zamanda Səyahət Paradoksları" kitabında yaxşı açıqlayıb.
Əgər Tim, öz babasını "orijinal" 1921-də öldürməyibsə, onda "yeni" 1921-ci ildə öldürsə - deməli həm öldürməli, həm də öldürməməlidi. Və bunu həm "orijinal" həm də "yeni" sayılan yeganə 1921-də etməlidi. Hansı ki, həm "yeni"di həm də "orijinal". Məntiqi olaraq Timin keçmişi dəyişərək 1921-də babasını öldürməsi mümkün deyil. Deməli Tim babasını öldürə bilməz.
Hitlerin keçmişə səyahət edilərək öldürülməsi prinsipinin təcrübədə necə işlədiyini açıqlayan bəzi bədii təsvir quraşdırmaları var.
"Twilight Zone" filminin 2002-2003-dəki "Cradle of Darkness" seriyasında, Katherine Heigl personajı körpə Hitleri öldürmək üçün zamanda geri göndərilir. Cəhd uğurlu alınır - amma, Hitlerin anası başqa körpəni götürür və onu Nasist Partiyasına rəhbərlik edən, İkinci Dünya Müharibəsinə başlayan, soyqırım və s. edən Adolf Hitler olaraq böyüdür.
[media=https://www.youtube.com/watch?v=vDSq6QZJ2CE]
Bir az bənzər - Eric Nordenin 1977-ci ildə yazdığı "İlkin Həll" romanı, soyqırımdan sağ çıxmış və zamanda geriyə qayıdaraq Hitlerin zehninə girib, onu özünü boğaraq öldürməyə məcbur etməyə çalışan yəhudi alimini təsvir edir. Hitler, sağ qalaraq gücünü yəhudi adamı öldürmək üçün sərf edir və beləcə o soyqırım edəcək qatı bir anti-semitə çevrilərək Nasist Partiyasını qurur. Bunlar, çox da qəbul olunan "Hitler-öldürmə" zaman səyahətləri deyil. Amma Novikovun "Ardıcıllıq prinsipi"nə uyan və həqiqətən də daxili hisslərə digər versiyalardan daha çox toxunan versiyalardı.
Hitleri öldürməyin, hansı nəticələrə gətirib çıxarması haqqında, hər hansısa bir fikrimiz varmı?

Zamanda səyahət metafiziki olaraq aldadıcıdı. Gəlin, özümüzü bu qarmaqarışıqlıqdan çıxaraq. Hesab edək ki, heç bir zaman səyahəti baş vermir və onun əvəzinə, biz 1889-cu ildə Braunau qəsəbəsində yaşayan, Hitlerin gələcəkdə on milyonlarla insanı tələf edəcəyi haqqında güclü intiusiyası olan bir avstriyalıyıq. Siz öz proqnozlarınızın doğru olduğunu bilirsiniz və burada heç bir zaman səyahəti paradoksu yoxdu. Bəs indi? Edərsinizmi? ... bəlkə? Bu, bir neçə faktordan asılıdı. Əlbəttə, siz Hitlerin olmadığı bir tarix təsəvvür edə bilərsiniz:
Almaniya "Böyük Böhran"ın içində qarışdı, Veymar Respublikası mövcudluğunu davam etdirdi və İkinci Dünya Müharibəsi heç vaxt baş vermədi. Amma siz, həm də Hitlerdən daha təhlükəli başqa bir liderin ortaya çıxdığı tarix də təsəvvür edə bilərsiniz. Bu, yumorist Stephen Fry-ın "Tarix Yaratmaq" romanında təqdim olunan hekayədi. Burada, Michael Young adında bir tarix elmləri tələbəsi zamanda geri gedərək Hitlerin atasını sonsuzlaşdırır. Amma yenə də, Nazi Partiyası, hələ də Hitlerin şəxsi xarakter qüsurlarını daşıyan - kimyəvi silahlardan istifadə edərək Avropada yaşayan yəhudi əhalisini tamamilə yox etmək, bütünlüklə Avropanı, habelə, Moskva, Sankt-Peterburqu işğal etmək niyyətində olan və ABŞ-la soyuq müharibəyə davam edən Rudolf Gloder adlı birisi tərəfindən idarə olunur.
[media=https://www.youtube.com/watch?v=ytVdBLMmRno]
Maşın industriyasının alman nəhəngi Mercedes-Benz buraxdığı virus reklamında uşaq Hitleri öldürməkdən çəkinməmişdi.
Siz, həmçinin hakimiyyəti Nasistlərin yox, I Dünya Müharibəsindən sonrakı Almaniyada yaranan, hətta II Dünya Müharibəsini alovlandıracaq daha bir zərərli hərəkat olan "Völkisch" anti-semit rejiminin ələ aldığını təsəvvür edə bilərsiniz. Ya da düşünək ki, Almaniyanın siyasi vəziyyəti yaxşıdı və İkinci Dünya Müharibəsi baş verməyib, amma Sovet Respublikası ilə Amerika arasındakı münasibətlər II Dünya Müharibəsindən daha qanlı, şiddətli və siyasi cəhətcə daha destruktiv vəziyyət yaradacaq müharibə həddinə çatıb. Bəlkə bu müharibə, liberal demokratiyanın yayılmasının qarşısını qismən alar və əlavə milyonlarla insanın əzab çəkməyinə səbəb olar.
Bütün bunlar, o deməkdi ki: Hitler körpəliyində ölsəydi belə, dünyanın indikindən necə və nə qədər fərqlənəcəyi haqqında bir fikrimiz yoxdu. Biz Nasist Partiyasının çox güclü və ya zəif olacağı haqqında da heç nə bilmirik. Ya da ki, ikinci bir İngiltərə-Fransa, Rusiya-Almaniya kimi, daha qanlı müharibənin olub-olmayacağı haqqında da bir şey bilmirik. Və əgər, bizim bunlara bir cavabımız yoxdursa, Hitleri öldürməyin nəticələrininin zərərli və ya xeyirli olacağını da bilə bilmərik.
Əgər biz, Hitleri öldürməyin doğru, yoxsa yanlış addım olduğunu bilə bilmiriksə, bəs onda, ümumiyyətlə hər hansı bir şeyin səhv / doğru olduğunu bilə bilərikmi?
Hadisələrdəki əxlaq prinsipi, tamamilə həmin hadisələrin nəticələrinin nə olduğundan asılıdır - ümumiyyətlə isə, bu bütün nəticə-əxlaq nəzəriyyələrinin ümumi problemidir. Sheffield James Lenman universiteti, bu problemi, özünün yayınladığı "Nəticə və Aydınlıq" adlı klassik 2000 yazıda, b.e.ə. 100-cü ildə "Alman Quldur" məhkəmə mübahisəsindən istifadə edərək - Hitlerin uzaq atasını öldürməyə qərar verməklə aradan qaldırıb.
Təsəvvür edin ki, biz indi İsanın doğumundan 100 il əvvəlinci ildə, indiki Almaniyanın cənubundayıq. Tamamilə tarixdə itib-batmış quldur Richard, bir kəndə hücum edib və kəndin bütün sakinlərini öldürüb. Lakin o, burada Angie adlı sağ qalmış sonuncu, hamilə qadını tapır. Və içindən gələn mərhəmət hissi, onu qadının həyatını bağışlamağa məcbur edir. Amma bəlkə də, "Nəticə Nəzəriyyəsi" standartlarına görə, o bunu etməməli idi. Nəticə etibarı ilə Angie, Hitlerin ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu ulu nənəsidi. Və beləliklə, Hitlerin milyonlarla qurbanı, həm də Richardın Angie-yə qarşı mərhəmət hissinin qurbanı oldu.
...
Nəticə nəzəriyyəçiliyi bucağından baxsaq, Hitlerin cinayətləri Richardın yanlış qərar verdiyinimi ifadə edir? Hitlerin cinayətləri, Richardın qərarının ən önəmli nəticəsi olmaya da bilər.
Lenmanın baxışına görə: əgər əxlaq, yaxşı nəticələri önə çıxarırsa, burada bir problem var: onda günahsız kəndlinin ölümünün 2000 il sonra gələcəkdə zamanla ört-basdır edilə bilməsi mübahisəli məsələdi. Ola bilər ki, bu həftəsonu barda tanış olduğum insanın nəvə-nəticəsi, 2000 il sonra insan irqinin məhvinə səbəb olacaq. Yəqin ki, həyatım boyu etdiyim ən yanlış şey, həmin gün o insanı öldürməkdən imtina etməyim olacaq. Belə görünür ki, təməldə verdiyimiz qərarların əxlaqi olaraq doğru və ya yanlış olduğunu anlamaq kimi bir şansımız yoxdu. Ya etik yaşayış tərzi mümkünsüzdür, ya da ki, əxlaq nəzəriyyəsi, əxlaq-nəticə aktlarından daha az asılı olmalıdı.
Mənsə Lenmanın olduğundan daha az pessimistəm. Tyler Cowen-in bir cavab kağızında qeyd etdiyi kimi, ciddi qeyri-müəyyənlik önəmlidi, amma bu tamamilə mümkünsüz olan bir hadisənin nəticələrini təxmin edə bilməz. Əgər biz, atom kimyəvi terrorizminin qarşısının alınmasının uzaq gələcəkdə hansı nəticələrə yol aça biləcəyini bilmiriksə, onda, yaxın gələcəkdə bu addımın milyonlarla insanın ölümünə səbəb olmayacağını bilməyimiz, kimyəvi terrorizmin qarşısının alınması üçün, hələ də yaxşı səbəbdi.
Amma bunun nəticələri, 1889-cu ildə hansısa bir körpənin öldürülməsinin nəticələri ilə eyni deyil. Bu, kimyəvi terrorizmin qarşısının alınması kimi bir şey deyil. Biz sadəcə, Hitlerin qətlinin nəticələrinin, daha sonra hansı nöqtəyə çatacağını bilmirik. Bu tamamilə, Hitlerin öldürülməsinin nəticələrinin, nə qədər həll edilməz olduğunu göstərir.
Mənbə: VOX












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.