“Sən bizimsən, bizimsən, durduqca məndə can Yaşa, yaşa çox yaşa, ey şanlı Azərbaycan”.misralarının müəllifi kimdir?

25-05-2019, 08:03           
“Sən bizimsən, bizimsən, durduqca məndə can Yaşa, yaşa çox yaşa, ey şanlı Azərbaycan”.misralarının müəllifi kimdir?
Qaldıqca ruslarda diyarım mənim,
İntiqam olacaq şüarım mənim.
Əmin Abid Gültəkin
Heç bilirdinizmi “Sən bizimsən, bizimsən, durduqca məndə can
Yaşa, yaşa çox yaşa, ey şanlı Azərbaycan”.misralarının müəllifi M.Ə.Rəsulzadənin sevimli şairi Əmin Abid Gültəkindir ?!
...Sonuncu Bakı xanı Hüseynqulu xanın nəslindən olan Əmin Abid Gültəkin (Zeynalabdin Mütəllib oğlu Əhmədov) 1898-ci ildə Bakıda daşyonan ailəsində anadan olub..Onun əsl adı Zeynəlabdin idi. M.Ə.Rəsulzadənin şərəfinə özünə Əmin adını götürmüşdü. Anası tərəfdən onunla qohum idi. Ata tərəfdən isə Hüseynqulu xanın nəslindən idi. Şair Əliabbas Müznibin qardaşı idi. Ölkəsində Əmin Abid, Türkiyədə isə Gültəkin kimi tanınırdı.O,həm də Azərbaycan elminin ilk "Qorqudşünas”ıdır
"Çağdaş Azərbaycan ədəbiyyatı” adlı yazısında Rəsulzadə onu bu cür xatırlayırdı:
“Gültəkinin şeirlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini görürük. Mübarizənin ədalətliliyinə və qələbə ilə nəticələnəcəyinə bağlanan ümid, Gültəkində adətən dini bir mahiyyət alır”.
Onun Cümhuriyyətin bir illiyi münasibətilə, 1919-cu ilin 28 mayında yazdığı şeir isə uzun illər bütün mühacirlərin bir növ duası olmuşdu:
“Sən bizimsən, bizimsən, durduqca məndə can
Yaşa, yaşa çox yaşa, ey şanlı Azərbaycan”.
Bəli ,Məmməd Əmin Rəsulzadənin nitqində məşhurluq tapmış: "Sən bizimsən, bizimsən durduqca bədəndə Can, Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!" sözlərinin müəllifi Rəsulzadənin sevimli şairi Əmin Abid Gültəkindir
Tanrı ruhunu şad etsin...!
Baba Allahnezerov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.