Polkovnikə məktub yoxdur(Kolumbiyalı yazıcı Qabriel Qaris Markes-in əsərinə ittihafən.

21-11-2015, 20:48           

Polkovnikə məktub yoxdur(Kolumbiyalı yazıcı Qabriel Qaris Markes-in əsərinə ittihafən.
Allah Qabrielə rəhmət eləsin.

Elə bil bizim müharibədən sonrakı həyatımızı yazmısan. Ancaq balaca düzəlişlə. Baxmayaraq ki Dövlət adlandırılan məkanda,Respublika deyilən hüquq müstəvisində Ölkə anlayışı olan yerdə,simvolları,dövlət strukturu,Prezidenti,Prezident aparatı,Nazirlər kabineti,Konsitusiya məhkəməsi olanbir məkanda bizim oğlumuz nə də qızımız yuxarıda göstərilən atributa müxalifətdə dayanmadı. Qohumumuz qardaşımız qanuna zidd əməl etmədi-amma məktubumuza da cavab gəlmədi ay Qabriel.
Bəli elə məsələ sənin yazdığın məsələdir. 1000 günlük müharibənin veteranı pensiyasını ala bilmir sənin əsərində.Cünki göndərdiyi məktublar ünvanına catmır.
Bizdədə elədir ay Qabriel. Yaxın günlərdə Ali Baş komandanımız.korrupsioner məmurlara mesajında ,xalqa da müraciət elədi ki, "mənə məlumat verin,problemləri mənə meyl və digər vasitələrlə catdırın" Bəli gözəl müraciət idi. Lakin gəlin baxaq. Bizim,sadə ,özü haqlı,Ali baş Komandan qabağında sipər cəkmiş məmur ordusunun yanında haqsız olanlar-o siöəri necə kəsək,necə qıraq? Ümid qaldı "President.az" saytında "prezidentə məktub yaz" knopkasına. Mən və bire necəmiz o knopkanı basdıq. Hərra mən üzümə salıb o knopkanı bir necə dəfə basdım. Lakin Qabriel yazmış: Polkovnikə məktub yoxdur. Yəni məktub Ali Baş Komandana catmadı-o sipərləri kecmədi.İndi ümid kimədir?
Əyər Prezidentin fərmanını,konsitusiya məhkəməsinin qərarını,Baş Nazirin göstərişlərini bu dövlətdə saya salmırlarsa,o zaman bu quruma dövlət demək olar?
Söhbət təkcə "hərbcilərin istifadə etmədikləri məzuniyyət pulları" mövzusu deyil.Bu artıq məlumdur ki, hansısa bir "sipərlərdən" olan dövlət məmurunun qəzəbinə kecib. Sipər də məlumdur. Maliyyə Nazirliyi. Yəni bu qurum,yuxarıda qeyd elədiyim sivil dövlətcilik qanunlarını,dövlət başcısının fərman və göstərişlərini elə sivil desək"saya salmır",Bilərək ki bu pulu alacaq kontingentin nağıla qulaq asaraq yatmaq vaxtı coxdan kecib,yenə də nağıllar alıəminə baş vurmaqla baş aldadırlar. Nağıllar da "Avropa oyunlarına sərf olundu,Oyunlarda pul qazanılmadı,ləzginin sözü olmasın "can qardaş nöüt qalxanda gəl",büdcədə pul qıtlığıdır" ibarətdir. Gəlin indi fikirləşək. Maliyyə Nazirliyi dövlət qurumudur-yoxsa Anar Nağılbaz?
Məktuba sipərcəkənlər yəqin düşünür ki, Qabrielin əsərindəki kimi ehtiyatda olanlar hərəsi bir xoruz saxlayır və xoruz döyüşdürməklə məşquldurlar. Lakin fikirləşəndə ki, bu kontingentin coxusunun savadı,Dövlət qarşısında xidməti və anlamı o Nazirlikdə oturanlardan qat-qat coxdur,o zaman lazım gəlir ki, o xoruzun başını kəsib qazana basasan. Yox bu o demək deyil ki, və cağırış deyil ki, piket kecirilə ,nümayiş ola. Yox. Bizim ölkəmiz Avropa dəyərlərinə sadiq deyilsə də,insanların haqlı nümayişləri "ictimai asayişi pozmaq kimi" qəbul olunur. Lakin o zaman Qabriel -ə bir yol qalır. Biabırcı olsa belə. Ölkəmiz haqda pis fikir yaranacağı qorxusu olsa belə-Avropa məhkəməsinə müraciət edib,dəymiş maddi və mənəvi ziyanı tələb etmək. Uzun prossesdir. Bilirəm-lakin itirəcəyimiz nə qaldı ki? Dah doğrusu itirdiyiniz nə qaldı ki ay "sipərlər"? Bütan haqlarımızı saldınız haram pullarla aldığınız "Porşelərin " "Cood Year" təkərləri altına.Hələ plyonkalı pəncərənizdən də boynunuzu güclə döndərib dişinizi ağartdınız. Qoy olsun. Qabriel demişkən-buynuzsuz qocun qisasını buynuzlu qocda qoymayan Allah-sizdədə qoymaz. Onsuz da qoymur. Kreslonuzu siz isladırsınız son günlər-bizm nə qorxumuz,Əzəldən kreslomuz olmayıb bizim.
Abuzər Əbilov.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.