Klassik yaltaqlar gedir – modern yaltaqlar gəlir: nəsə dəyişərmi heç?..

24-01-2020, 00:32           
Klassik yaltaqlar gedir – modern yaltaqlar gəlir: nəsə dəyişərmi heç?..
Sultan Laçın

Onlar çağdaş texnologiyalarla həm dilləri, həm də beyinləri ilə bu korrupsiya gəmisinin dəlmə-deşiyini yamayır, çala-çöküyünü malalayırlar…
3 cümlə ilə bir "quş"...

Azərbaycanı on illərdir ki, çirkab dəryasının dibində gəzdirən murdar, sualtı korrupsiya gəmisi onun analoqu olmayan materialını yalamaqla korroziyadan qoruyan qoca, artıq üfunət iyi verən klassik yaltaqları batma təhlükəsi yaradan lazımsız bir yük kimi bir-bir, iki-bir bayıra atır...

Fəqət, korrupsiya monarxiyasının nisbətən cavan və ağlı çaşmamış köhnə qulları ilə yanaşı, son onilliklərdə yetişmiş yeni, daha sivil, cəmiyyətdə nisbətən az qıcıq yaradan, saxta mimikalarla irişə-irişə xalq arasına çıxıb özlərini “demokratiya, azadlıq, Qarabağ uğrunda mücahid”, mədəniyyət, texnologiya, maliyyə, iqtisadiyyat “bilicisi” və s. kimi qələmə verərək müəyyən təbəqələrə sırımağı, naşı, cahil və sümsükləri uydurmağı bacaran modern yaltaqlar da irəli çəkilir, deputatlığa namizədlikləri dəstəklənir...

Müasir dövrə uyğun olmayan, yeni texnologiyaları bilməyən, yalnız dilləri və əlləri ilə işləyən qoca, klassik yaltaqlar gedir – çağdaş texnologiyalarla həm dilləri, həm də beyinləri ilə bu korrupsiya gəmisinin dəlmə-deşiyini yamayan, çala-çöküyünü malalayan modern yaltaqlar gəlir: nəsə kökdən dəyişərmi, korrupsiya gəmisi heç batarmı?..












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.