Camal Sürəyanın “qasığından öpdüyü” qadın kim idi? – O, üç dahini barmağında oynadırdı

11-02-2020, 11:50           
Camal Sürəyanın “qasığından öpdüyü” qadın kim idi? – O, üç dahini barmağında oynadırdı
Camal Sürəyanın “qasığından öpdüyü” qadın kim idi? – O, üç dahini barmağında oynadırdı
Kulis.az tanınmış türkiyəli qadın yazar Tomris Uyarın üç böyük türk şairi haqqında sevgi xatirələrini təqdim edir.

Bir qadın düşünün ki, arxasınca düşən, eşqindən yanıb-qovurulan şairlər olub. Bunlar Türkiyənin ən populyar şairləri - Turğut Uyar, Edip Cansever, Camal Sürəyadır. Vəziyyət belə olanda geriyə sadəcə bitən sevgi münasibətləri deyil, bir çox əvəzsiz ədəbiyyat nümunələri qalır.


Türk ədəbiyyatının tanınmış yazarı Tomris Uyar adına şeirlər yazılan, hər zaman həyatın ciddiyə alınacaq bir tərəfi olmadığını vurğulayan azad ruhlu bir qadın.


Dost qaldığı, ürəyini verdiyi, hətta evləndiyi şairlər onu hər an əllərindən uçub gedəcək bir quş ədası ilə sevdilər və haqsız da deyildilər. Çünki Tomris hər zaman açıq dənizlərə yelkən açmağı sevən bir qadın idi.


Onun ilk sevgi macərası kollecdə tanış olduğu Ülkü Tamerlə başlayır. Kollecdən məzun olar-olmaz Ülkü ilə ailə quran Tomris tərcümə etdiyi ilk əsəri də həmin illərdə Tamer soyadı ilə tamamlayır. Bir-birini dəlilər kimi sevən cütlüyün ailə həyatı bəlkə də o bədbəxt hadisə baş verməsəydi ölənə qədər davam edəcəkdi. Amma təəssüflər olsun ki, onların sevgiylə qurduqları ailə yenicə dünyaya gələn körpələrinin süddən boğularaq ölməsindən sonra dağılır. Onları həqiqətən də bir ölüm ayırmışdı.


Böyük sarsıntı yaşayan cütlük yaşadıqları bu faciənin təsirindən heç cür çıxa bilmir və qısa müddət sonra boşanırlar.

“Bir dövrün ilham qaynağı olan qadın”ı kimi tanınan Tomris Uyar əvvəlcə Camal Sürəya, sonra Turqut Uyar ilə fırtınalı bir eşq yaşayacaq və bu eşq macəraları Türk ədəbiyyatına bir çox ehtiras və sevgi dolu şeir gətirəcəkdi.

Tomris Uyarın həyatında yeni bir səhifə Camal Süreya ilə açılır. Onlar Ankarada “Sənətsevərlər Dərnəyində” təsadüfən eyni masa arxasında rakı içərkən tanış olurlar. Tanış olarkən isə hər ikisi evli olub. Hətta deyilənlərə görə cütlük həyat yoldaşlarından məhz bir yerdə ola bilmək üçün boşanıblar.



Camal Sürəya ən gözəl şeirlərini Tomris Uyar üçü yazır. O Tomrisə olan eşqini şeirlərinin birində belə ifadə edir:



Ay işığında oturduk
Bileğinden öptüm seni
Sonra ayakta öptüm
Dudağından öptüm seni
Kapı aralığında öptüm
Soluğundan öptüm seni
Bahçede çocuklar vardı
Çocuğundan öptüm seni
Evime götürdüm yatağımda
Kasığından öptüm seni
Başka evlerde karşılaştık
İliğinden öptüm seni
En sonunda caddelere çıkardım
Kaynağından öptüm seni...

Hətta Türkiyənin məşhur müğənnisi Sezen Aksu tərəfindən səsləndirilən bu şeir qısa müddətdə Türkiyədə məşhurlaşır.

Camal Sürəya Tomrisi dəlicəsinə sevirdi. Tomris onun bütün dünyası olmuşdu. Hər axşam işdən çıxan kimi evə, onun yanına tələsirdi. Belə axşamların birində Tomris evə tez gələn Camal Sürəyaya: “Bir az gəz- dolaş, dostlarınla görüş, zaman keçirt” deyir. Ertəsi gün evə on dəqiqə gec gələn Camal Sürəya, sonrakı günlər gecikmələrin dəqiqələrini artırır. Bir axşam süfrə çırpmaq üçün pəncərəni açan Tomrisin binanın giriş qapısının ağzında Camalı görməsi ilə həqiqət ortaya çıxır. Məlum olur ki, Camal hər axşam işdən sonra evə gəlir, amma aşağıda oturub qəsdən gecikirmiş. Tomris Uyar bu vəziyyəti “Şahsiyet Rötarı” adlandırır.



Bu odlu-alovlu eşq macərasının ömrü üç il çəkir. Üç il sonra bitən bu ehtiraslı eşq, dostluğa çevirilir. Ayrıldıqdan sonra: “Məndən əl çəkdi, amma rahat ola bilmədi” deyən Tomirsə Camal belə cavab verir: “Səndən ayrıldığım anda, sənin və yazdığın hekayələrin haqqında sevgimi bildirəcək heç bir fikir söyləməyəcəyəm. Bu barədə mənim ağzımdan heç kim bir kəlimə də eşitməyəcək” deyir və həqiqətən də o gündən sonra Tomrislə bağlı heç nə yazmır.



Yenə ayrılıq, yenə bir müddət boşluğun ardından yeni bir eşqə yelkən açan Tomris Uyar, Turqutla tanış olur və o tanışlığı belə xatırlayır: “1966-cı ildə mən onsuz da Camal Süreyadan ayrılmaq ərəfəsindəydim. O da həmin vaxt həyat yoldaşından ayrılmış və uşaqları ilə birlikdə İstanbula gəlmişdi. Biz onunla burda tanış olduq. Hər halda əsas tanışlığımız belə baş verib. Çünki o zaman oturub, daha yaxından söhbət etmək fürsəti tapmışdıq. Bir müddət sonra məktublaşmağa başladıq. Bu məktublarda əvvəllər ancaq şeirdən bəhs edirdik. Onları hələ də saxlayıram. Anladığım qədəriylə çox çətin dövrdən keçirdi. Yəni evlilik həyatında yaşadığı narahatlıq şeirlərinə də təsir göstərmişdi. Yeddi il idi şeir yazmırdı. İlham pəriliyi etdim demək istəmirəm, amma hər halda çox deyindiyim, dümsüklədiyim, yazmasını xahiş etdiyim üçün şeir yazmaq istəyi yenidən doğuldu”.

Beləliklə Ankarada tanış olan cütlüyün şeir üzərindən başlayan münasibətləri eşqə doğru sürüklənir. Tomris yeddi ildir şeir yazmayan Turquta ilham pərisi olur. Münasibətlər evliliyə qədər yol alır. Onlar 1967-ci ildə evlənirlər və bu evlilikdən cütlüyün Turqut adlı oğlanları dünyaya gəlir. Tomris xatirələrində Turqut Uyarın onu itirmək qorxusu ilə sevdiyini deyir: “Turqut, hər an məni əlindən qaçıracaqmış kimi əhəmiyyətsiz bir qayğı ilə məhv edəcək özünü. Mən də heç bir rəqabətdən söhbət getmədiyi bir zamanda həmişə birinci seçilməkdən yorulacaqdım”.

Turqut Uyar şeirlərinin birində sevgili həyat yoldaşına belə səslənir:
Senin için alışılmış şeyler söyleyemem sana yaraşmaz
Kış gecesi amcamızdır bahar yakından kardeşimiz
Alır başımı Erzincan'a giderim seni düşünmek için
Dörtlükleri bozarım çünkü dağlar ne güne duruyor
Kıyılar ve eskimeyen her şey seni anlatmak için

Bir bozuk saattir yüreğim hep sende durur
Ne var ki ıslanır gider coskunluğum durmadan
Durmadan
Dağ biraz daha benden deniz her zaman senden
Hiçbir dileğimiz yok şimdilik tarihten coğrafyadan

Kimselere benzemesin isterim seni övdüğüm
Seni övdüğüm zaman
Güzel bir çingene yalnız başına dolaşmalı kırlarda
Seni övdüğüm zaman



Tomris Uyarın ən uzunmüddətli münasibəti 1985- ci ildə Turqut Uyarı itirməsi ilə sona çatır. Bu eşqdən geriyə qalan isə “Xarab Saat” adlı şeir olur:

Herkes seni sen zanneder.
Senin sen olmadığını bile bilmeden,
Sen bile..
Seni ben geçerken,
Derim ki,
Saati sorduklarında;
Onu “O” geçiyordur.
Kimse anlam veremez.
Tamir ettirmedin gitti derler şu saati.
Ettirmek istiyor musun demezler.
Bir bozuk saattir yüreğim, hep sende durur.
Zamanı durdururum yüreğimde,
Sensiz geçtiği için,
Akrep yelkovana küskündür.
Şu bozuk saat çalışsa benim için ölümdür.
Bil ki akrep yelkovanı geçerse,
Atan bu yüreğim durur.
Bırak bozuk kalsın, hiç değilse;
Bir bozuk saattir yüreğim, hep sende durur.

Tomrisə aşiq olan şairlər arasında ən şanssızı Edip Cansever idi. O heç vaxt Tomrisi özünə aşiq edə bilməyib. Edip, Turqut Uyarın ən səmimi dostlarından biri idi. Tomrisə qarşı içində gizlədə bilmədiyi sevgi və heyranlıq vardı. Cansever hər il mart ayının 15-də Tomirs Uyarın ad günündə yeni bir şeir yazıb nəşr etdirərək eşqini dönə-dönə elan edirdi.



Bir adın vardı senin, Tomris Uyar’dı
adını yenile bu yıl, ama bak Tomris uyar olsun gene
ben bu kış öyle üşüdüm ki sorma
oysa güneş pek batmadı senin evinde
söyle
ben seni uzun bir yolda yürürken gördüm müydü hiç.

Sonralar Tomris Uyar xatirələrində, Edip Cansever haqqında deyirdi: “Sevgililik, ya da eşq duyğusu zamanla yaraya çevirilə bilir, qaysaqlanır və sağalır. Bitməyən eşqin həqiqi və lirik bir dostluq olduğunu Edip Cansever öyrətdi mənə”.



Tomris Uyar bir 26 Mart günü aralarında Edip Cansever, Camal Sürəya, Can Yücel, Turgut Uyar ve Tomris Uyar’ın da olduğu restoranda bir şüşə rakı sifariş edir və deyir ki: “Bu şüşəni gələn ilin bu gününə qədər saxlayırıq. Gələn ilin 26 martında yenə bu məkanda yığışıb birlikdə içəcəyik bu rakını”.

“Həyat hekayəmin yazılmasını istəmirəm. Özüm haqqında düşünməyi bu qədər əhəmiyyətli hesab etmirəm” - deyən Tomris Uyar hekayələri, eşqləri, dostluqları ilə zəngin 62 il keçirdi. Lakin yaxalandığı xərçəng xəstəliyi onun sonu oldu və o 2003-cü ilin 4 iyununda həyata gözlərini yumdu.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.