Bütün ölkəyə fərəqət! Diqqət səngərə!!!!!!! GENERAL-MAYOR HƏŞİMOV son döyüş tapşırığını yerinə yetirdi!

14-07-2020, 19:41           
Bütün ölkəyə fərəqət! Diqqət səngərə!!!!!!!
Polad Həşimovun zabit həyatına nəzər salsaq O müxtəlif illərdə, müxtəlif rütbələrdə müvafiq vəzifələrdə çalışanda ölümlə göz-gözə gəlmişdi və ilahi təsadüf nəticəsində sağ qalmışdı. Qismət bu günə, bu səngərə, bu döyüşə imiş... Adı kimi əqidəsi, iradəsi olan adamı zaman sıxıb-sıxıb general-mayor Polad Həşimov elədi ki... Azərbaycanın hərbi tarixində ilk şəhid general olsun.

Onun haqqında çox şey demək olar. Səngər adamı idi. Döyüş adamı idi. Vətən Adam idi. Polad kimi general idi.

General kimi müvəqqəti olaraq yaşamağı yox, əbədi olaraq general kimi yaşamağı seçdi. Tarix adam olub, tarixə köçdü.

Maraqlıdır. Dünənə axşam Eldəniz Hüseynovla birlikdə oturub əlimizi çörəyə uzadırdıq. Qara xəbəri gəldi. Boğulduq... Ar eliyib ətrafı dilxor etməmək üçün yaşı içimizə axıddıq. Eldəniz Hüseynov dərhal ordakı əlaqələrini işə salıb onu axtardı. Axır ki gecə bölmələrin birinə gəldi və telefonla danışdı. O qədər şən, gur səslə, zarafatla danışırdı ki...

"Komutanım, səndən nigaran idik. Haqqında yalnış məlumatlar yayılır", - dedi, Eldəniz. Cənab GENERAL: Eldəniz hər şey yaxşıdır , sabah daha gözəl xəbərlər olacaq. Narahat olma... - dedi. Polkovnik-leytenant Eldəniz Hüseynov da, mən də, Anar da, Elməddin də lap çağa kimi sevindik. Halbuki komandirin səsin eşidənə qədər vurğun vurmuşlara dönmüşdük.

Və...

Səhərin sübhündə onun "gözəl" dediyi xəbəri aldıq: "General Polad Haşımov şəhid oldu".

Ürəyin nəhənkliyinə bax ey: General olasan, əsgərlə çiyin-çiyinə cəbhədə şəhid düşəsən. Ana-bacılarımızdakı ürəyin nəhənkliyinə bax ha: "Vay, general qardaşım",- deyib, nalə çəkəcək. Vətənin nəhənkliyinə baxın siz: ONUN səngərində GENERAL can verir.

Və...

Bir də dönüb səngərin müqəddəsliyinə baxın siz: Ora General-mayor Polad Həşimovun qanı töküldü.

Bütün ölkəyə fərəqət! Diqqət səngərə!!!!!!! GENERAL-MAYOR HƏŞİMOV son döyüş tapşırığını yerinə yetirdi!
Elgün Gəncimsoy
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.