Qeyri-adi qüvvələr, paranormal hadisələr, insan beyninin hallusinasiyalaşması...

18-09-2022, 08:16           
Qeyri-adi qüvvələr, paranormal hadisələr, insan beyninin hallusinasiyalaşması...
Son vaxtlar kameralara müəyyən əşyaların hərəkət etməsi insanların yanında belə, bu cür qeyri-ixtiyari hadisələrin baş verməsi paranormal hadisələr kimi qələmə verilir. Bəs, görəsən, belə nüanslar həqiqətən də varmı? İnsanların bu hadisələrə inanmaları düzgündürmü?

İlahiyyatçı Əkrəm Həsənov Yenisabah.az-a dedi ki, bu psixoloji bir məqamdır: “İslam dinində belə anlayışlar yoxdur. Mən heç bir islam mənbəsində buna rast gəlməmişəm. Bu, insanın öz beynindən asılı olan bir şeydir. Belə şey fakt olaraq reallıqda yoxdur. Bu, insana elə gəlir. Bəli, cinlərin varlığı haqqında Qurani-Kərimdə surə var. İslam dinində görə cinlərin varlığı mövcuddur. Onların da o cür hərəkətlər etrməyə qüdrətləri çatmır. Belə şeylər mümkün deyil”.

Psixoloq Vəfa Rəşidova deyir ki, belə şeylərə inanan insanların psixikasında problemlər var:

“Hər zaman belə olub. İnsanlar özlərini aldatmağı sevirlər. O insanlar özlərini, ruh hallarını müalicə elətdirməlidirlər. Həmin insanların psixoloji psixiatrik hallarında problem var. Bunlar sayrışan hallardır. Bəzən ali təhsilli amma cahil insanların da inandığını görürsən. Vaxtında bu şeylər müalicə olunmalıdır. İnsan bəzən o qədər boşluğa düşə bilər ki, adi bir quşun uçmağına belə, bir anlam qatıb ona inanmaq istəyir. Bu da əlbəttə ki, psixoloji bir məqamdır. Bunun başqa bir anlamı, yanaşması ola bilməz. Bu, eyni zamanda, psixoloji narahatlıqdır. Əslində, hallar hamıda ola bilər. Sadəcə orda məntiqlə hərəkət etmək lazımdır. Çünki, insanın beyninin yorulması, stress yaşaması da insanın gözünə nələrinsə görünməsinə gətirib çıxarda bilər. Belə halları da nəzərdə saxlamaq lazımdır. Bu anda insan onu görən kimi afişa eləməsi lazım deyil. Əks halda, insan öz dediyinə daha da dərin inanmağa başlayır. Bu da onun psixoloji sarsıntısını dərinliyini daha da genişləndirir, çoxaldır. Ona görə də belə şeylərə inanmamaq lazımdır. Bu barədə seanslara da çox müraciətlər olur. İnsan müalicə alandan sonra və yaxud da stresi keçirəndən sonra bu hallar azalır”.

Astroloq, Filologiya üzrə Fəsəfə doktoru Firudin Qurbansoy dedi ki, insanın ağlından keçirəcəyi şeylər var və insanın normal məntiqindən kənar baş verən şeyləri konkret məntiqə yazmaq olmur:

“İnsanın ağlından keçirdiyi, məntiqə uymayan şeylər var. Ona görə də insanlar buna paranormal hadisələr deyirlər. Amma insanın bilmədiyi səbəblərdən törənən hadisələr var. Ona görə də bu insanı təəccübləndirir. Sonra da hadisənin niyə baş verməsi barədə maraqlanır. Nə qədər də edirsə onun kökünü tapa bilmir.

İnsanları idarə edən qüvvələr var. Onun gözünün görmədiyi qüvvələr mövcuddur. Bu istər xeyir, istərsə də şər qüvvələrdir. Bunlar mövcuddur. Mələkləri kim görür ki?! Amma mələklər var. Hər bir insanın yanında onu idarə edən mələklər var. Onlar bizim önümüzdə, sağımızda, solumuzdadırlar. Onlara məxluq da deyə bilmərik. Məxluq çoxmənalı sözdür. Mən qoruyucu mələk deyərdim. Allahı inkar edən insanlar var. Bunu özbaşına etmir. Şərə tabe olur və edir. Gözəgörünməyən qüvvələr ruhani sferadır. Bunun haqqında da bilinməməlidir. Əks halda dəli ola bilər”.
İmamət İSMAYILOVA
yenisabah.az



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.