Batin alimi yazır: Kitabi Dədə Qorqudun sirləri - 1

4-10-2022, 16:37           
Batin alimi yazır: Kitabi Dədə Qorqudun sirləri - 1
Tariximizlə, kökümüzlə bağlı olan Kitabi Dədə Qorqud həm də dünyanın ən sirli kitablarından biridir. Bu kitabı anlamaq üçün qədim müdriklərin məntiqinə, yəni yalnız samitlərin xüsusi məna ifadə etdiyi sufi-batin elminə müraciət etmək lazımdır. Bu elmdə bütün qədim yazılar yalnız əvvəldə gələn və axırda gələcək Allaha həsr olunmuşdur. İnsanlar isə iki növə ayrılır ki, bu da dünyaya hakim kimi yaradılmış göy insanı və heyvana bərabər tutulan yer insanlarıdır (Məqalə: "Allah - türkləri, оnlar isə insanı yaratdılar", sayt:
http://gilarbek.blogspot.com/2013/12/allah-turklri-nlar-is-insan-yaratdlar.html?m=1). Yer insanlarının qədim yazılara heç bir aidiyyatı yoxdur. Yazılardakı bütün rəmzlər Allaha və onun Özünə qulluq üçün seçdiyi göy insanlarına aiddir. Göy insanları dedikdə isə müdriklər Xəzər/Azəri Türk bəglərini nəzərdə tuturdular. Bu haqda kitab və məqalələrimdə mən çox yazmışam.

Kitabi Dədə Qorqudda Türk bəgləri - "Dünya mənim" deyən bəg-ərənlər adlanır ki, bu da onların dünyanın sahibləri olması deməkdir. Digər yerdə bu ərənlər - "Ərənlərin əvrəni", "Adəmilər əvrəni" adlanır və bu da "ərənlərin yəhudisi", "Adəmin yəhudisi", yəni seçilmişləri deməkdir. Burada ərən dedikdə bəglərin Sünik/Süni/Sina dağının göylərində yaratdıqları Orion bürcü, yəni Aran dünyası, ruhlar aləmi nəzərdə tutulur. Kitabi Dədə Qorqudda bu dünya - "Oğuzun içində Tamam vilayəti zahir olmuşdu" kimi qeyd olunur ki, buradakı Tamam (TMM) rəmzi qədim Misirdə Atum (TM) Allahı adlanır (Məqalə: "Assuriya qədim Azərbaycan ölkəsidir", sayt:

https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/). Sufi-batinilərdə eyni mənalı Adəm (DM) rəmzi də - Haq, yəni Allah adlandırılır. Bu kitabda İç Oğuz dedikdə məhz Xaosda, yəni göydə yaradılmış Oğuz eli nəzərdə tutulur. Qədim Misirdə bu rəmz altında kosmik İnsan-Allah Atum təsəvvür olunur ki, məşhur sufi Mühiddin ibn Ərəbi bu Allahın (İlah yox) yaradılması haqqında "Füsusül Hikəm" kitabında yazır. Başqa sözlə, kosmik insan Adəm elə göydəki Aran/Orion/Ərən dünyasıdır ki, ölən bəg-ərənlərin ruhları bu dünyada ölümsüzlük qazanırlar. Kitabi Dədə Qorqudda bu ruhlar dünyası, yəni cənnət - yerdəki fiziki dünya kimi maddi göstərilir və çadır kimi rəmzləndirilir. Tövratda bu çadır - qurban ruhlarından qurbangahda yaradılmış Vəhy çadırı adlandırılır. Ərənlərin bir yerə getməsi də quşlara aid "qondu" sözü ilə qeyd olunur ki, bu da söhbətin ruhlardan getməsi deməkdir. Burada uçanlar həm də əzrail adlandırılır ki, bu rəmz də batinilərdə Azər-El/Asar-El, yəni Osiris Eli deməkdir. Başqa sözlə, göydə ölümsüzlük qazanmış Oğuz bəglərinin ruhları elə qədim Misirin Osiris Allahlarıdır. Kitabi Dədə Qorqudda bu ruhlar asilər (İssi - ruh) adlanır və onlar su dibində, yəni göy okeanında "Mənəm Allah" deyə qışqırışırlar.

Bütün bunlar o deməkdir ki, türklərin İç Oğuz eli - göydəki ruhlar dünyasıdır və bu el Quranda cənnət adlandırılır. Quranda bu cənnət İsrail oğullarına, yəni Azər-Elinin bəg-ərənlər nəslinə vəd olunmuşdur (Məqalə: «Qurandakı İsrail oğulları - Azəri bəgləridir!», sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html). Məhz bu Qeyb aləmində (Kitabi Dədə Qorqudda Qaba aləm) ölümsüzlük qazanmış bəg-ərənlərin ruhları, qədim Misir yazılarında Asar, yəni Osiris Allahları adlandırılır.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.