Körpə balamız Fərəhə... - Səndə birləşdi üzüntümüz

21-05-2015, 20:31           
Körpə balamız Fərəhə... - Səndə birləşdi üzüntümüz
Sən Tanrımızın yanındasan...
Yadımdasan
3 gün əvvəl var idin...
Bilməsəm də, görməsəm də...
3 gün əvvəl sağ idin
Yadımdasan...

Gedişinlə üzdün milləti
Səndə birləşdi üzüntümüz
Gedəndə süzdün milləti
Qan qaraltdı görüntümüz
Qanımdansan

Çox ağrıtdı gedişin
Qan qaraltdı gedişin
O mələk üzün solmasaydı..
Atan qədər, anan qədər olmasa da...
Canımdansan...

Sən körpə idin, qatilin qəddar
Nə biləydin
Aramızda beləsi çox, beləsi var
Bir görəydin...
Yanımdasan...

Məhəmməd ƏRSOY












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.