Türklərsiz tarixi keçmiş təkmil deyil, bu mümkün deyildir.

14-06-2015, 20:58           
Türklərsiz tarixi keçmiş təkmil deyil, bu mümkün deyildir.

Yazının əsası türklər tərəfindən qoyulmuşdur. Bu runi yazısıdır. Tanrıya ibadət türk dilində edilmişdir. Bəlli olduğu kimi türklərin öz dini-Tanrıçılıq olmuşdur. Bu din yeni inkişaf və ifadə forması olmuşdur. Qeyd etmək vacibdir ki, bu dinin əsasında Tanrı durur, bu kökdür və bundan digər dini budaqlar- xristianlıq, buddizm, zərdüştlük, cadidizm, müsəlmançılıq yaranmışdır. Başa düşmək vacibdir ki, bunlar məhz bizim əcdadlarımız olmuşlar. Hansılar ki, bəşəriyyətin mənəvi mədəniyyətinin əsasını qoymuşlar. Buna müvafiq olaraq, yeni dini təşkilatlar arasında ünsiyyət vasitəsi türk dili olmuşdur. Məsələn; mən erməni kilsəsinin arxivlərində olan qədim kitabların türk dilində yazıldığının şahidi oldum. Vizantiyada VIII əsrə qədər ibadət türk dilində olmuşdur. Əhəmiyyətli faktdır ki,Roma katolik kilsəsində də Tanrıya ibadət XIII əsrə qədər türk dilində aparılmışdır. Daha doğrusu, onu xalq latını adlandırmışlar. Xristian provaslav kilsəsi isə, yalnız XVIII əsrdən başlayaraq, rus dilində ibadət etməyə başlamışdır, buna qədər isə türk dili olmuşdur. Təbii, sual doğur: Bəs Quranın mətni necə? O da türk dilində yazılmışdır. Başqa variantlar yoxdur, digər yazı yox idi. Bunun təsdiqini İranda, Qum şəhərində tapdım, orada qədim Quranın bir neçə nüsxəsi saxlanır. Mən onları görmüşəm və deyə bilərəm ki, ərəbşünaslar onları oxuya bilmir. Niyə? Ona görə ki, onların yazıldığı həmin dövrlərdə ərəb dili yox idi, hansı ki, X əsrin sonuna yaxın formalaşmışdır. Türk dilinin özəyinə yerli leksika qoyulmuşdur, buna görə ərəb dilində çoxlu türk sözləri və ifadələri vardır. Bütün bunlar göstərir ki, bizim özümüz haqqında, öz mədəniyyətimiz, dinimiz haqqındakı biliklərimiz tam deyildir. Bunu bizdən gizlədirlər və mən hələ kitab olmayan bu svitkaları, məhz svitkaları görəndə çox təccübləndim.

Türklərsiz tarixi keçmiş təkmil deyil, bu mümkün deyildir. Müasir insan sivilizasiyası türklərə və türk mədəniyyətinə əsaslanır, baxmayaraq ki, bu barədə danışmaq təvazökarlıqdan uzaqdır. Daha dəqiq desək, bu barədə danışmaq istəmirlər, ancaq fakt faktlığında qalır. Əcdadlarımızın əhəmiyyəti tarixdə həddən artıq nəhəngdir. Və biz onların nəhəngliyini öz əməllərimizdə, işlərimizdə, başlanğıclarda, düşüncələrimizdə, nəhayət mədəniyyətimizdə təkrar etməliyik. Ancaq, təssüf ki, bu gün bunlar yoxdur. Bu gün əksinə, biz Qərb mədəniyyətinin təsirinə məruz qalırıq.
Murad Aci












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.