Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskini kim və necə öldürdü - FOTO

26-01-2017, 21:54           
Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskini kim və necə öldürdü - FOTO
teref.az - 20 noyabr 1954-cü ildə Düdənginskini Mikayıl İsmayılov əvvəlcədən planlaşdırdığı kimi hələ kafedəykən usta Föstledən aldığı çəkiclə Fətəlibəylinin başından iki-üç dəfə güclü zərbə endirir, sonra da pencəyini başına salıb boğur.
Onun öldüyünə əmin olduqdan sonra meyiti mətbəxdəki taxtın altına itələyir, özü də kafenin sahibi xanım Böhmün yanına çıxıb içki istəyir və deyir ki, o, mətbəxdə yatacaq. Ancaq təbii ki, daha qətlin törədildiyi yerə qayıtmır.

Xanım Böhm də həmin gecənin səhəri taxtın altında meyit görür, polisə xəbər verir və hamı ölən adamın məhz Mikayıl İsmayılov olduğunu güman edir.
Sonradan məlum olur ki, ölən şəxs Mikayıl İsmayılov yox, onun öldürdüyü Düdənginskidir.
Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin DTK casusu Mikayıl İsmayılov tərəfindən qətlə yetirildiyi mənzil.
Düdənginski barəsində bir həftə alman mətbuatı səhifələrində "Divan altındakı kişi" başlığı altında yazılar yer alıb.
Bu adam əski legionçu olub və Düdənginski ilə bir taburda vuruşub. teref.az yazır ki, müharibə qurtarandan sonra İtaliyada yaşayıb, sonra İtaliyadakı SSRİ səfirliyinə müraciət edib və Azərbaycana qayıdıb. Düşünüb ki, artıq hər şey bitib, ona heç nə etməyəcəklər. Lakin geri qayıdandan sonra SSRİ-nin Məxfi İdarəsi onun ailəsini girov götürüb və qarşısında şərt qoyub ki, Düdənginskini öldürməlisən! O da Almaniyaya gəlib, Düdənginski ilə görüşüb, çünki onlar tanış idilər. Və bir müddət Münhendə yaşadıqdan sonra Mikayıl fikrini dəyişib, Düdənginskini öldürmək istəməyib. Bu zaman SSRİ-dən göndərilən bir xanım ona xatırladıb ki, əməliyyatı həyata keçirmək lazımdır. Yoxsa ailənizi başqa tale gözləyəcək… Mənbələrdə göstərilir ki, o, istəmədən, məcburən bu qətli törədib.
Düdənginskini öldürəndən sonra Azərbaycana qayıdıb və bir qədər sonra yaşadığı bağda onu asaraq izi itirdilər.

teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.