Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram çayının sahilində yurd salmışdı...1-ci hissə

16-10-2017, 07:41           
Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram çayının sahilində yurd salmışdı...1-ci hissə
Səlib yürüşü (1096-1099) Səlcuq dövlətini bütün gücünü düşmənə-xaclılarla mübarızəyə yönəltməyə məcbur etdi. Uzun sürən ara müharibələri və ismai-lilərin qiyamları dövləti zəif-lətdi. Buna görə də xaçlı-ların yürüşlərinin qarşısını almaq mümkün olmadı. Bir müddət Zaqafqaziya Səlcuq dövlətinin diqqə-tindən kənarda qaldı. Yaranmış fasilə, gürcü çarı IV Davidə səlcuq türklərinin hücum-larının qarşısını almağa imkan verən nizami ordu yaratmağa imkan verdi. O, 1099-cu ildə ağaları olan səlcuqlara xərac vermək-dən imtina etdi.
Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram çayının sahilində yurd salmışdı
Bundan başqa, Çar David onları Gürcüstandan qovmaq, VIII əsrdən Tiflis və ətraf əraziləri idarə etmiş müsəlman əmirliyinin ərazisini öz torpqlarına qatmaq üçün bir-birinin ardınca strateji tədbirlər gördü.
1110-cu ildə gürcü ordusu Samşvildeni tutdu. Bundan sonra səlcuqlar müqavimət göstərmədən indi Aşağı Kartli deyilən ərazinin böyük bir hissəsini tərk etdilər. 1115-ci ildə səlcuq türkləri Rustavidən də çıxarıldı və Tıflis gürcü qalalarının mühasirəsində qaldı. 1117-ci ildə IV David sərhəd şəhəri Qişini də tutdu Bir il sonra isə Lori də onun tabeliyinə keçdi. Hadisələrin bu fonunda o, Şirvanşah və Bizans imperatoru ilə qohumluq əlaqələri qurdu. 1116-ci ildə qızı Tamaranı (söhbət çariça Tamaradan getmir) Şirvanşah I Əfridunun oğlu II Mənuçöhrə ərə verdi. Xristian IV David qızını müsəlmana ərə verməkdə əlbəttə siyasi məqsəd güdürdü. O, digər qızını isə Bizans imperatorunun oğluna ərə verməklə mövqeyini xeyli möhkəmləndirdi. Bundan başqa, o, etnik dayaq yaratmaq üçün köçkün gürcüləri tutduğu torpaqlarda yerləşdirdi. Gənc hökmdarın ilk uğurlu cəhdlərinə baxmayaraq, səlcuqlarla qüvvələr bərabər olmadığından o, sonrakı vuruşlarda muzdlu döyüşçülərin gücündən istifadə etmək qərarına gəldi. Gürcü çarı gələcək planlarını həyata keçirmək məqsədilə Don çayı ətrafında yaşayan qıpçaqlarla əlaqə qurdu. Qıpçaqlar 1111-ci ildə ruslar tərəfindən məğlub edildikdən sonra Aşağı Dona və Şimalı Qafqaz çölünə geri çəkilmişdilər. Burada Ətrak xan və qardaşı Sırçanın dəstələrinə dağınıq, pərakəndə halında olan digər qıpçaq dəstələri qoşuldu. Kifayət qədər güc toplayan Ətrak xanın dəstəsi rus knyazlarına qarşı duran Donetsk alanları ilə ittifaqa girdi. Şimalı Qafqazda qıpçaqlar alanları, adıqları və vaynaxları (çeçen, inquş) sıxışdırdı. XII əsrin əvvəlində qıpçaqlarla onlar arasında sərhəd Kuban, Aşağı Malka və Terek çayları boyunca stabilləşdi. Sonradan alanlarla qıpçaqların barışmasına Gürcüstan çarı IV David səbəb oldu. IV David səlcuq türklərinin hücumundan ehtiyatlanaraq hərbi gücünü artırmaq məqsədilə 1118-ci ildə qıpçaqların xanı Ətrak ilə müqavilə bağladı Bundan əvvəl isə o, Ətrak xanın qızı ilə evlənmişdi. Bu barədə "Çarlar çarı Davidin tərcümey-halı"nda məlumat verilir. IV David qıpçaq xanı Ətrak xanın (Artık xan) qızı ilə evlənməklə qıpçaq türklərindən güclü hərbi dəstək aldı. Gürcü salnaməçisi Ətrak xanın qızını Turandokta adlandırır. Çox güman ki, bu farsların türk şahzadə qızlarına verdikləri ənənəvi addır-Turandoxtər-«Turanlı qızı», yaxud «Turan qızı». Bu nikah IV Davidin xarici düşmənlərə qarşı özünə müttəfiq axtarmaq səyi ilə bağlı idi, yəni diplomatik nikah idi. IV David türk-oğuzların Səlcuq imperiyasına qarşı müharibədə birgə iştirak etmək üçün qayınatasının, qıpçaqların yanına elci göndərdi. Elçi Ətrakı xanı ordusu ilə Zaqafqaziyaya dəvət etdi. Qıpçaq tərəfi dəvətə razılıq verdilər. Gürcüstana gələn Ətrak xanın ordusunda 40 min döyüşçü vardı. Onlar ailə üzvləri ilə birlikdə 200 min nəfərə yaxın idilər. Bundan başqa, 5000 seçmə döyüşçü çar qvardiyasına daxil oldu. Sırçan isə dəstəsilə qardaşı Ətrakdan fərqli olaraq Donda qaldı.
Ətrak xan Gürcüstanın sərhədlərinin oğuz-səlcuq türklərindən müdafiyəsini öz üzərinə götürdü. Buna görə qıpçaqlar ölkənin cənub-şərqində və şərqində (Borçalı), o cümlədən Ahısqada və, maldarlıq üçün yararlı dağarası vadilərdə yerləşdirildilər. Köçən qıpçaqlar arasında arıxlıların əcdadı Aruq (Arıq, Arık) tayfası da var idi. Don çayı sahillərindən gələn bu tayfanın nümayəndələri Xram çayının ətrafında, səlcuq türklərinin tərk etdiyi yaşayış məntəqələrində yerləşdilər və səlcuq türklərindən fərqli olaraq müsəlman deyildilər. Aruq tayfasının sonradan bir hissəsi daha cənuba köç etdilər. Çar Rusiyası dövründə adları müxtəlif mənbələrdə çəkilən İrəvan əyalətinin Şirakel (Şörəyəl) nahiyəsində Arıqlı və Azərbaycanda Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) Arıqlı kənd adları və Amasiya rayonundakı Oxçuoğlu, Güllübulaq kəndlərində Arıxlı nəsilləri bu tayfanın adı ilə bağlıdır. Aruq tayfası orduya 4-5 min əsgər verirdi. Ətrak xanın ordusunda onlar igidlikləri ilə seçilirdi.
Ətrak xanın qıpçaqları «yeni qıpçaqlar» adlanırdı. Əvvəlki dövrlərdə gəlimiş qıpçaqlar isə “köhnə qıpçaqlar” kimi tanınırdı. Deməli, Aruq tayfası da «yeni qıpçaqlar»a aid idi. Qıpçaqların yeni köçü IV Davidə imkan verdi ki, onların hərbi gücdən öz məqsədi üçün istifadə etsin. Bu barədə qazax yazışısı Oljas Süleymanov "Az-ya" kitabında yazır:«Öz qızını ərə vermiş qıpçaq nəsili, tayfası knyaza öz qohumu kimi baxır, onun ərazisinə hücum etmirdi, əksinə, lazım gələndə onun dadına çatırdı. Kürəkən də öz növbəsində «hörmətə hörmətlə» cavab verməyə borclu idi. Torkinlər, yəni arvad qohumları qıpçaq türkləri arasında xüsusi imtiyazlara və hüquqlara malik idilər. Onlar ərin qohumlarından yaxın sayılırdı. Bu səbəbdən də Ətrak xan qızının ərinin torpaqlarını hücumlardan qorumalı idi".
Qıpçaqlar bir neçə həlledici döyüşdə Gürcüstanın səlcuq türklərinin əsarətinə düşməkdən xilas etdilər. IV David 1121-ci ildə qıpçaqların köməyi ilə səlcuq ordusunun hücumunun qarşısını aldı. Avqustun 12-də Didqori yaxınlığında həlledici döyüş oldu. Döyüş Gürcüstanın daxili ərazilərinə gedən yolların yaxınlığında, dar bir ərazıdə baş verdi. Bu səbəbdən də səlcuq ordusunun manevr etmək imkanı məhdudlaşdı, say çoxluğundan istifadə edə bilmədi. IV Davidin ordusunda 60 min döyüşçü var idi ki, bu ordunun da təqribən 45 mini Ətraq xanın atlılarından təşkil olunmuşdu. Orduda gürcü, osetin və erməni döyüşçülərin sayı 15 min nəfəri keçmirdi. IV David səlcuq türklərinə qarşı Bolduin adlı sərkərdənin başçılığı altında avropalı səlibçilərin qüvvəsindən də istifadə etdi. Tarixçilər bildirir ki, Səlçuq dövləti Bizans və səlibçilərlə mübarizədə zəifləsə də, Hələb və Mosul atabəyi Nürəddin Elqazi (İlqazi) adlı sərkərdənin başçılığı ilə Gürcüstana güclü ordu göndərmişdi. Səlcuq ordusu 60 minlik gürcü ordusundan sayca çox idi. Döyüşün əvvəlində IV David tərəfindən öyrədilmiş 200 qıpçaq əsgər döyüş sırasını tərk edərək səlcuqların tərəfinə keçirmiş kimi görüntü yaratdı. Səlcuq ordusunun avanqard (ön, əsas) hissəsi bu görüntüyə aldandı və onlara xətər yetirmədi. Ehtimal olunan ox yağışına qarşı isladılmış yapıncı geymiş döyüşçülər silahlarını gizlətmişdilər. Səlcuqların döyüş sıralarına girər-girməz silahlarını çıxarıb, səlcuqları qırmağa başladıqda orduda çaxnaşma yarandı. 200 əsgər döyüşə-döyüşə əvvəlcədən gizlənmiş səlibçi ordusunun yerinə çəkildi. Onları təqib edə səlcuq türkləri səlibçilərlə üz-üzə gəldi. Döyüş elə başlamışdı ki, səlcuqlar oxçu dəstələrin gücündən yararlana bilmədi. Çünki döyüş dar ərazidə baş verirdi və səlcuq ordusunun manevr imkanları məhdud idi.
teref.az
ardı var












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.