Tarixin ƏN MÜƏMMALI YƏHUDİ QADINI - Əri can verəndə ona toxuna bilmədi

24-06-2018, 10:40           

Məşhur yəhudiəsilli alman Qlükel fon Hameln ədəbiyyat tarixində öz memuarları ilə məşhurdur. Almaniyanın Hamburq şəhərində yaşayan bu sıravi qadın hardan bilərdi ki, yazdığı xatirələri bir gün dünyanın ən mötəbər ədəbiyyat festivallarında qürurla nümayiş olunacaq.

Publika.az Qlükelin həyatından bir neçə maraqlı fraqmenti təqdim edir.


Qlükel fon Hameln 1646-cı ildə varlı tacir aliləsində doğulur. Ailədə 5 uşaqdan əlavə bir ögey övlad da vardı. Hameln memuarında yazır ki, biz hamımız ali zümrəyə məxsus güclü təhsil almışdıq. Hətta bir dəfə ögey bacımız atamı müflis olmaqdan qurtarmışdı. Atamla yeni müqaviləyə imza atmaq istəyən iş adamları evimizə girəndə fransızca danışır, onun bütün var-dövlətini əlindən alacaqlarını deyirdilər. Bu anda həmin bacım pianoda ifa edirdi. Onların danışıqlarını eşidib, həmin dialoqu ibri dilində ifa etməyə başlayır və ailəmizi səfalətdən qurtarır.

Mən 14 yaşımda ailə qurdum. 15 yaşımda isə ana oldum. Əziz anamın da sancıları mənimlə birgə başlamışdı. Amma mən övladımı ondan tez dünyaya gətirdim. Buna görə anam çox xoşbəxt idi. Çünki mən kifayət qədər təcrübəsiz idim. Əlimdən tutub, mənə dəstək oldu. O gecə hər ikimiz körpələrimizi dünyaya gətirdik. Qonşular bir-bir bizə gəlib, bu möcüzəyə öz gözləri ilə şahid olurdular. Hər ikimiz qız doğmuşduq. Gecələr anam qızımı da öz otağına aparır, hər iki körpəyə baxırdı. Bir gün dayə körpələri elə qarışdırdı ki, düz iki il hansının qızım, hansının bacım olduğuna qərar verə bilmədik. Sonunda çətiniklə də olsa, körpələri ayırd etdik.

Mənim düz 12 övladım doğuldu. Bu, tanrının mənə bəxş etdiyi şansdır. Çünki ətrafdakıların uşaqlarının çoxu 10 yaşına çatmadan xəstəliklərə yoluxub, ölürdülər.

Sevimli ərim Haim 50 yaşı tamam olmadan bizi tərk etdi. Ölüm ayağında ikən həkim çağırmağımıza icazə vermədi. Çünki ətrafdakılar öyrənsəydi, onun zəif xarakterli insan olduğunu, ağrıya dözə bilmədiyini aləmə yayacaqdılar. Bu da övladlarımızın uğurlu nikahına mane ola bilərdi. Haim öləndə rica etdim ki, onu qucaqlamağıma icazə versin. Amma mən pak deyildim, menstruasiya dövrü başlamışdı. Sevimli ərim bir az gözləməyimi tapşırdı. Mən onu qucaqlamadan dünyasını dəyişdi.

Ərinin ölümündən sonra həyatını qələmə alan dul qadın 7 cildli memuarını 32 ilə tamamlayır. Özü də kitabı almanca yox, qadın dili sayılan doğma ibricədə yazır. Bu gün Qlükel fon Hamelnin əsəri dünya ədəbiyyatının ən dəyərli nümunələrindən sayılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.