Azərbaycanın daha bir yaddan çıxmış böyük kişisi haqqında - Sarı Ələkbər!

18-09-2015, 09:50           
Azərbaycanın daha bir yaddan çıxmış böyük kişisi haqqında - Sarı Ələkbər!
Sarı Ələkbər..
Azərbaycanın hərb tarixində öznəməxsus yeri olan cəsur insanlardan biri olub.
1894-cü ildən qaçaqlıq edən Sarı Ələkbər rusların Azərbaycandakı idarəçilik sistemi ilə barışmayıb...Erməni daşnaklarının Gəncəyə və ətraf rayonlara hücumlarının qarşısını almaq üçün
1906-cı ildə ətrafına igid oğlanlarını toplayaraq döyüşə başlayır.. Məhz onun sayəsində ermənilərin böyük planları ifşa olunur.. Qafqaz İslam ordusunun tərkibində bir çox döyüşlərdə iştirak edir..
Gəncədə böyük nüfuz sahibi olan Sarı Ələkbər bolşeviklər tərəfindən Azərbaycanın işğal olunması ilə barışmayaraq yenidən silaha sarılır... O yaxın dostu üçüncü Şəki süvari alayının komandiri,Gəncə üsyanının əsas təşkilatçısı polkovnik Cahangir bəy Kazımbəyli ilə birlikdə öz ətraflarına yığdıqları gənclərə təlim keçərək üsyana hazırlayır..Bu üsyanda onlar 10 minə qədər bolşevik və daşnakı məhv edirlər..Ancaq Gəncə işğal edilirdi...
Bu məğlubiyyətdən sarsılan Sarı Ələkbər Gəncəni tərk edir..Ancaq düşmənləri bu cəsur insanı təqib edir..
1920-ci ilin avqustun 16-da Sarı Ələkbər Tiflisdə qətlə yetirilir..
Nurəddin Xoca
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.