Gömrüyün keçmiş "broker" kralının yol "sərgüzəştlər" i- İDDİA

20-10-2018, 03:10           
Gömrüyün keçmiş "broker" kralının yol "sərgüzəştlər" i- İDDİA
Gömrüyün broker "kral"-ı və gömrükdən milyonlar əldə edən gömrükdə havadarları yoxa çıxan kimi özüdə yoxa çıxan və birdən birə "Gilan" Holdinqin aqrar sektiruna rəhbəri kimi ictimaiyyətə təqdim ediln Əbülfəz Məlikovla bağlı Teref.az olduqca maraqlı bir faktla tanış olub. Mənbələrdən aldığımız məlumatlara görə,, Məlikov cənabları gömrükdə olduğu kimi, yollarda da qanunlara tabe olmağı sevmir və bir sürücü kimi hər ay bunun bədəlini olduqca ağır formada para ilə ödəyir.

Sükan arxasında dəliqanlılıq edən keçmiş GÖMRÜK KRALI...

Bu barədə teref.az-ın tanış olduğu məlumatda deyilir: "Əbülfəz Məlikov heç bir sahədə qanunlara tabe olmağı sevmir. Olduqca bahalı maşınlardan ibarət kolleksiyası olan keçmiş broker hətta bir sürücü kimi yollardakı "saymazlığı"-nın qarşılığı olaraq hər ay 5 min manata yaxın müxtəlif formalı cərimə də ödəyir".

Hətta deyilənə görə, Məlikovun Tural adlı bacısı oğlu hətta dayısının bu xarakteri ilə öyünərək, məclislərin birində "dayımın aylıq cərimə pulusu 5 min manatdır" deyib.

Görünəni odur ki, Əbülfəz Məlikova ölkə rəhbərliyinin məmur harınlığı ilə bağlı etdiyi xəbərdarlıqlar hələ yetişməyib...

Teref.az olaraq yuxarıda yazılan iddilarla bağlı qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.