“MedEra Hospital”a getmək məsləhətdir ya yox -VİDEO

9-11-2018, 00:13           
“MedEra Hospital”a getmək məsləhətdir ya yox -VİDEO
“MedEra Hospital” klinikasının fəaliyyəti - bahalı müayinələr, xəstələrin çoxsaylı şikayətləri, cərrahiyyə əməliyyatından sonra yaranan fəsadlar və s. bu kimi xoşagəlməz hallar dəfələrlə mətbuat tərəfindən tənqid edilib.

Bir müddət əvvəl klinikanın rəhbərliyi dəyişib. Ancaq bu dəyişiklik vətəndaşların “MedEra Hospital”a inamını qaytara biləcəkmi.

Mozalan.az cəmisi bir il ərzində bu hospitalla bağlı qalmaqalları və ölüm hadisələrini xatırladır. Hələ əvvəlki illərə getmirik

18.12.2017 –Səhlənkarlıq qurbanı

Bakıdakı özəl klinikalardan birində ölüm hadisəsi baş verib.

Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən "Medera" klinikasında 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb. Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.
Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

02 İyun 2018 -"Bakıda həkimlər ölüm ayağında olan yeniyetməyə kömək etmədilər"

Bir neçə gün öncə isə ictimaiyyətin hiddətinə səbəb olan növbəti video sosial şəbəkələrdə yayılmağa başladı. Kadrlarda Bakı şəhər sakini Bayram Hacıyev idman dərsindən sonra yeniyetmə oğlunun ürəyində problem yarandığını, uşağı təcili yaxınlıqdakı klinikaya çatdırdığını, “MedEra Hospital” klinikasının həkimlərinin isə uşağı pulsuz müayinə etməkdən imtina etdiklərini bildirir.

14-06-2018- " "MedEra Hospital"da bunu da etdilər"

“Müayinə üçün Uzmanlar Tibb Mərkəzinə getmişdim. Ordan radioloq, Dr.Anar Fərzəliyev məni anqioqrafiya olmaq üçün "MedEra Hospital"a göndərdi. İndi isə onun cavabını mənə vermirlər”.

Bu sözləri şikayətçi Şirazi Mustafayev bildirib. O qeyd edib ki, analizin cavabını elə bir diskdə veriblər ki, koddadır və açılmır:

“Dəfələrlə demişəm ki, analizin cavabını e-mail adresimə göndərin. Onlar ancaq deyirlər ki, biz göndərə bilmərik, disk vermişik. Diski də elə koda qoyublar ki, ancaq özləri aça bilir. Diski evdən kənarda , internet klublarda açmağa çalışsam da mümkün olmayıb, çünki disk kod istəyir.
Özü də analizin qiyməti 180 AZN-dır. Mən bunun nəticəsini başqa həkimlərə də göstərmək istəyirəm, ancaq bunu edə bilmirəm, çünki cavab yoxdur.
Gördüm ki, alınmır getdim ki, heç olmasa analizin cavabını açıb özümə göstərsinlər. Bir kompüterin xarab olmasını, digərinin məşğul olmasını və d. bəhanələr edərək bunu etmədilər. Özü də deyirlər ki, sizin kompüterdə problem var. Yaxşı lap kompüterimdə problem olsun, digər kompüterlərdə də, internet klublardakı kompüterlərdə də problem var.
Analizin cavabını qəsdən vermirlər ki, bunu başqa həkimlərə verməyim, çünki bu həkim mənə dedi ki, əməliyyat olmalıyam. Özü də əməliyyatın qiyməti 23 000 AZN-dır.

Nəticələr əlimdə yoxdur ki, digər həkimlərə də bunu göstərim və dəqiq dərdimi öyrənim”.

Şikayətçi bildirib ki, Uzmanlar Tibb Mərkəzi "MedEra"ya analiz üçün göndərib deyə onlar cavabı birbaşa ora göndəriblər:

“Uzmanlara gedirəm deyirlər "MedEra"dan götürün, oradan da deyirlər ki, uzmanlardan götürün, arada qalmışam.
Daha sonra tibb bacısı olan Vəsilə xanımla danışdım, dedi ki, e-mail adresinə cavabı göndərəcəm. E-mail adresini atandan sonra isə yenə dedi ki, verə bilmərik. Sonra dedi ki, cavablar Türkiyəyə göndərilib, disk gələn həftə əllərində olacaq. 1 həftə keçdi getdim, yenə də hərəsi bir-birinin üstünə göndərir”.
P.S. Bu hospital gedən vətəndaşların durumu yapon pasientinin başına gələnə oxşayır. Demək yapon hərbçisi Xorasimaya atom bombası atılarkən yaralanıb huşunu itirir. Gözünü sakit, rahat hospital palatasında acır, başının ustə dayanan gözəl həkim qız deyir

Daha qorxmayın, sizin həyatınız ucun narahatlıq yoxdu, çunki Naqasakinin ən yaxşı hospitalındasız....
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.