Şamaxı – Qasım Qasımov xanədanlığı

17-11-2018, 09:10           
Şamaxı – Qasım Qasımov xanədanlığı
Bir müddət öncə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin ölkə başçısının müvafiq Sərəncamı ilə Beyləqan rayonuna RİHB təyin edilməsi bu rayonda uzun illər kök salan qruplaşmanın ilk günlər narahatlığına səbəb oldu. Xatırladaq ki, Tahir Məmmədovun Şamaxı rayonuna İcra Hakimiyyətinin başçısı təyinatından sonra ilk qəbul zamanı yaşananalar bu narahatlığın əsl piki idi. Rayondakı mənbədən Conflict.az-a daxil olan məlumata görə noyabrın 7-də keçirilən ilk qəbula 100-dən çox insan gəlib. Mənbənin bildirdiyinə görə rayon sakinlərinin başçı ilə son görüşlərinin tarixi o qədər uzun müddətə təsadüf edib ki, insanlar yeni rayon rəhbərinə uzun müddət həll olunmadan qalmış problemlərini çatdırmağa çalışıblar. Məlumatda o da bildirlir ki, Tahir Məmmədovun ilk qəbulu gec saatlara - 20.00-a qədər davam edib. Şamaxıdakı mənbənin verdiyi məlumata görə şikayətçilər əsasən, de-fakto bu rayonda özünə xanədanlıq yaradan, RİHB-nın I müavini Qasım Qasımovun yaratdığı problemləri başçının diqqətinə çatdırıblar. Hələ Asif Ağayevin zamanında “problemsiz şikayətçi” qəbulları təşkil edən Qasım Qasımov yeni icra başçısının siftəsini korlamağa cəsarət etməyib. Mənbənin verdiyi məlumata görə rayondakı əksər dövlət vəzifələrinə öz yaxınlarını yerləşdirən Qasım Qasımov rayon İcra Hakimiyyəti Aparatının təhsil, səhiyyə və humanitar şöbəsinin baş məsləhətçisi Pərvin Eynalovanı özünə köməkçi təyin edib. Əslində təyinat hər hansı əmrlə deyil, sadəcə Qasımovun şəxsi istəyi ilə icra olunur. Məlumatda o da bildrilir ki, xanım Eynalovanın 4-cü mərtəbədəki xidməti otağı həmişə bağlı olur. Çünki onun əsas iş yeri Qasım Qasımovun 2-ci mərtəbədəki kabinetinin qarşısıdır. Xatırladaq ki, Qasım Qasımovun tələblərinə cavab verilmədiyi üçün uzun müddətdir ki, RİHBA-nın memarlıq şöbəsinin rəhbəri postu da boş qalıb. I müavinin bu istiqamətdəki iddialarını hələlik yerinə yetirən isə şöbənin böyük məsləhətçi - mühəndisi Dilguşə Məmmədovadır. Mənbənin verdiyi məlumatlara əsaslansaq ilkin olaraq o qənatə gəlmək olur ki, cənab Qasımovun xanımlarla iş birliyi olduqca uğurludur. Belə ki. ötən saylarımızdan birində qeyd etmişdik ki, Şamaxıdakı Mədəni – Maarif Kollecinin həyətndən 10 sot torpaq sahəsi başçının müavini — ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərovaya ev tikintisi üçün verilib. Ötən gün Conflict.az-a daxil olan məlumatda bildirilir ki, G.Ələkbərova bu vəzifə ilə paralel həm də rayondakı tender komissiyasının sədridir. Məsələnin ən diqqət çəkən məqamı isə xanım Ələkbərovanın bu istiqamətdəki qərarlarıdır. Məlumatlara diqqət kəsildikcə o qənaət yaranır ki, sanki bu xanım rayon ərzisindəki tenderləri evində elan edir. Qalibdə məhz Ələkbərovanın evində müəyyənləşir. Çünki rayon ərazisindəki bir çox iri tenderlərin qalibi Şamaxı rayon İcra Hakimiyyəti başıçının müavini — ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərovanın həyat yoldaşı Rəsul olur. Onu da xatırladaq ki, rayonun Dəmirçilər kəndinin turizm bölgəsi elan edilməsi projesində də, Rəsul müəllim əsas yerlərdən birinə sahibdir. Lakin Qasım Qasımov xanədanlığı ilə bağlı daxil olan məlumatlar bununla da bitmir. “Цементный завод- я, мясокомбинат – я” prinsipi ilə işləyən Qasımov Aparatın tikinti şöbəsini də qeyri-rəsmi olaraq Natiq adlı qohumuna tapşırıb. Və...
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.