“Mado” restoranında iyrənc mənzərə və restoran buna necə haqq qazandırır - FOTO

17-11-2018, 10:37           
“Mado” restoranında iyrənc mənzərə və restoran buna necə haqq qazandırır - FOTO
İki gün öncə paytaxtda fəaliyyət göstərən məşhur restoranlar şəbəkəsi “Mado” barədə dərc olunan yazıdan sonra oradan narazı qalan müştəriləri dilə gəlib.

Minval.info xəbər verir ki, adı çəkilən iaşə obyektində süfrəyə gətirilən yeməyin içərisindən tükün çıxmasından bəhs edən xəbər saytımızın rəsmi “Instagram” səhifəsində paylaşıldı. Bundan sonra izləyicilər rəy bölməsində “Mado”da eyni və oxşar vəziyyətlə qarşılaşdıqlarını qeyd ediblər. Hətta yazılan şərhlərin arasında şou-biznes nümayəndəsi, müğənni Şəbnəm Tovuzlunun da başına “tük hadisəsi” gəldiyi yazılıb.

Fotoqraf Anar Lətifov yazır ki, bir dəfə Nəriman Nərimanov rayonundakı “Mado”da Ş.Tovuzlu ilə çəklişlə bağlı orada oturub meyvəli tortla çay sifariş veriblər: “Şəbnəm xanımın tortundan yarım metrə tük çıxdı”.

Digər sosial şəbəkə istifadəçiləri də oxşar tendensiyanın başlarına gəldiyini qeyd ediblər. Şikayətlər əsasən Nərimanov rayonunda yerləşən “Mado”dan olduğu üçün bu ünvanda fəaliyyət göstərən restoranla əlaqə saxladıq. Restoran əməkdaşı saytımıza açıqlamasında bildirdi ki, tük çıxma halı bütün restoranlarda mövcuddur və bu, qaçılmazdır:

“Yazılan rəyləri oxumuşam, əksəriyyət “Mado”ya dəstəyini bildirib. Tük çıxma halı bütün restoranlarda mövcuddur, bu, qaçılmazdır. Bununla nə qədər mübarizə aparsaq da, düşünürəm ki, qarşısını almaq real deyil. Müştərilər bizim mətbəxlə, istehsalatla tanış ola bilər. Məsələn, sizin özünüz tük çıxma halı ilə rastlaşmamısınız? Yaxud da evdə yediyimiz yeməyin içərisindən tük çıxma ehtimalı var. Belə deyək, toplu düşüncə anlayışı var. Orada birinci rəydə tük çıxmaqdan yazılıbsa, təbii ki, ondan sonra gələn rəylərdə onu dəstəkləyəcəklər. Bizim təmizlikdən müştərilərin razılığı var. Bu, ən əsası rəhbərlik səviyəsində diqqətdə saxlanılan mövzudur. Təmizlik mütləqdir, işçilərin geyim qaydası, başlarındakı papaqlar, qida təhlükəsizlik qaydası və s. Hər gün bizdə ətraflı yoxlamalar aparılır. Yeməklərə hava təmasından da, müştərinin özündən də, ofisiantdan da tükün düşmə ehtimalı var”.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.