Əhmədzadə oğlu adam öldürən İlyas Səfərovu köhnə postuna qaytarıb – Eksklüziv araşdırma

18-11-2018, 10:43           
Əhmədzadə oğlu adam öldürən İlyas Səfərovu köhnə postuna qaytarıb – Eksklüziv araşdırma
Azərbaycanda rəsmi vəzifəsi hələ də bəlli olmayan məmurlardan biri oğlunun törətdiyi qəza ilə gündəmə gəlmiş İlyas Səfərovdur. Bunu indi təqdim edəcəyimiz faktlarla göstərəcəyik.

Cahan.info xəbər verir ki, İ.Səfərov Yuxarı Şirvan Kanalı İstismarı İdarəsinin rəisi idi.Bu qurum “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə tabedir.

Sonra onun bu vəzifədən azad olunaraq Şirvan Meşə-Meliorasiya İdarəsinə müdir təyin olunduğu məlumatları yayıldı.

(http://xalqxeber.az/cemiyyet/21046-ehmedzadenin-qalmaqalli-idare-reisi-lyas-seferovun-korrupsiya-xeritesi-ve-oglunun-gizli-qezasi.html)
Lakin indi məlum olur ki, bu ilin fevralından o, yenidən köhnə vəzifəsinə qayıdıb. Buna dair həm Azərtac rəsmi agentlikdə gedən geniş materialda onun Yuxarı Şirvan Kanalı İstismarı İdarəsinin rəisi göstərilməsini qeyd etmək olar, həm də “Həftə İçi” qəzeti əməkdaşlarının mayda hazırladığı reportaja istinad etmək olar. Hətta İ.Səfərov jurnalistlərə bilgi verir ki, layihəyə ötən ilin sentyabrından başlayıblar.

https://azertag.az/xeber/Meliorasiya_ve_su_teserrufati_sistemi_olke_iqtisadiyyatinin_inkisafinda_muhum_rol_oynayir-1134482, (http://hafta.az/index2.php?m=yazi&id=217276)

Lakin müəmmalı səbəblərdən İ.SəfərovunŞirvan Meşə-Meliorasiya İdarəsinə müdir təyin olunduğu məlumatları yayılmışdı.Maraqlıdır ki, İlyas Səfərovun Şirvan Meşə - Meliorasiya İdarəsinin müdiri vəzifəsində işlədiyi müddətdə dövlət büdcəsindən ayrılan iri həcmdə vəsaitlər səmərəsiz xərclənildiyi, su kanallarının və drenajların isə lildən təmizlənməsi prosesinin həyata keçirilmədiyi barədə yazılıb. Deməli, qalmaqallı kadr yenidən köhnə vəzifəsinə qayıtmağa nail olub.

Mediada yayılan məlumatlarda qeyd olunur ki, idarə guya müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır.

Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən vəsaitlər isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Şirvan Meşə-Meliorasiya İdarəsinin özünə qaytarılır.

Bundan başqa, İlyas Səfərovun digər gəlir mənbəyi kimi isə idarənin balansında olan müxtəlif texnikanın icarəyə verilməsi göstərilir. İcarəyə verilən texnikaların hesabına böyük pullar qazanır.

Cahan.info AzMedia.info-ya istinadla xəbər verir ki, Şirvan Meşə-Meliorasiya İdarəsinin müdiri işləyəndə özünə 100 minlik xarici avtomobil alıb. Belə ki, idarə müdiri özünün sürdüyü köhnə seriyalı PRADO avtomobilini son model LEXSUS-la əvəz edib. http://gundeminfo.az/manset/14103-dare-mudiri-ozunu-tebrik-edib-.html

Təkcə Qarabağ kanalına qanunsuz yolla atılan boru xətlərindən İlyas Səfərov 200 min manatdan qanunsuz çox qazanc əldə edib.

İdarə müdiri öz maraqlarına görə strateji önəm daşıyan Qarabağ kanalını zədələyərək ümumilikdə 300-yaxın qanunsuz boru atdırıb. Həmçinin idarədə 100-yaxın işçinin sadəcə adının olması ay ərzində İlyas Səfərova 15-20 min manat qazanc gətirdiyi iddia olunur.

Qeyd edək ki, külli miqdarda dövlət vəsaitlərinin mənimsənilmələri nəticəsində İlyas Səfərov böyük bir oliqarxa çevrilib.

Təkcə Ağcakənddə özünə və oğluna məxsus villaların qiyməti milyon manatlarla ölçülür. Bunda başqa Gəncə şəhərində tikdirdiyi 3 mərtəbəli obyektin qiyməti isə 1 milyondan çoxdur.

Həmçinin İlyas Səfərovun bir idarə müdirinin iddalarından dahada qabağa gedərək, Gəncə şəhərində hündürmərtəbəli bina tikintisinə girişdiyi deyilir. Bu məsələdə isə ona ən böyük dəstəyi "ağsaqqlım və qohumum" dediyi məmur verir.

Məhz Əhməd Əhmədzadə tərəfindən Yuxarı Qarabağ Kanalı İdarəsindən qovulan İlyas Səfərovun müəmmalı şəkildə Şirvan Meşə-Meliorasiya İdarəsinə təyinat alması, sonra yenə köhnə işin qaytarılması çox müəmmalıdır.

Xatırladaq ki, bir neçə il qabaq oğlu Vüqar Səfərov bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq vətəndaşı vurub.
Hadisə nəticəsində piyada dünyasını dəyişib. Məmur oğlunun barəsində heç bir hüquqi tədbir görülməyib. Oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alıb.

Məsələ ilə bağlı danışan məmur isə bildirib ki, oğlunun “Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn “Lada 2107» ona çırpılıb. Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Amma Vüqar Səfərov məsuliyyətə cəlb olunmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.