Əbülfəz Məlikovun “Abşeron” gömrük postun rəis gəlməsi xəbərinin pərdəarxası - Səfini dəyişməyə hazırdır... İDDİA

10-12-2018, 07:46           
Əbülfəz Məlikovun “Abşeron” gömrük postun rəis gəlməsi xəbərinin pərdəarxası - Səfini dəyişməyə hazırdır... İDDİA
Bu gün mediada “Broker Əbülfəz” kimi tanıdığımız Əbülfəz Məlikov barədə sensasiyon sayılacaq məlumat yayıldı. Medianın verdiyi xəbərə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna yeni rəis təyin edib. Çox sensasiyon bir o qədərdə maraqlı məlumatdır. Düzdür bir qədər sonra DGK bu məlumatı təkzib etdi.Lakin artıq xəbər öz işini görmüşdü. Teref.az- a danışan mənbənin dediyinə görə bu Əbülfəz Məlikovun özü tərəfindən məqsədyönlü şəkildə buraxılan bir “ yoxlama zond”-u idi. Vəziyyəti kritik olan və küncə sıxışdırılmış Əbülfəz Məlikov bu şaiyə ilə yuxarıların və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə və onun arxasında dayanan güclərə “qarmaq” atırdı. Mənbənin dediyinə görə Əbülfəz Mehdiyev çətiri altına sığındığı hamisi Kəamləddin Heydərova qarşı incikdir. Əslində o gözləyirdi ki, ona FHN-də rəsmi bir vəzifə veriləcək və bu mundur onu qoruyacaq. Lakin opnun bu ekstra ümidləri özünü doğruldmadı. Beləliklə mənbənin dediyinə görə Əbülfəz Məlikov bu şaiyə ilə səfini dəyişdirməyə hazır olduğunu bəyan etmiş oldu.
Mənbənin Teref.az-a dediyinə görə xəbərə belə operativ reaksiya verilməsi məsələnin pərdəarxasını biıməyən çoxlarının təəcübünə səbəb olmuşdu. Lakin burda təəcüblü heç nə yoxdur. Çünki bu cavabla Əbülfəz Məlikova onun erasının bitdiyi haqda bir daha xəbərdarlıq etdilər!
Zəruri qeyd: “Broker” MMC rəhbəri Əbülfəz Məlikovun adı kərə yağı monopoliyasından tutmuş təkər biznesinə qədər hallanıb.Mediada gedən bəzi məlumatlara görə o indidə anonim şirkətlər vasitəsi ilə bəzi malların Azərbaycana gətirilməsinin manopoliyasını əlində saxlayır. Onun brokerləri gömrükdə sahibkarları soğan qabığı kimi soyan bir monopolist şirkət kimi məşhur olub.
Teref.az olaraq yuxarıda qeyd edilən iddialarla bağlı qarşı təfəin fikirlərini dinləməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.