Xətai rayonunda büdcə talanı - Razim Məmmədovu ağır hesabat gözləyir....

10-12-2018, 12:38           
Xətai rayonunda büdcə talanı - Razim Məmmədovu ağır hesabat gözləyir....
2018-ci ilin dövlət büdcəsinin istifadəsinə dair Hesablama Palatası artıq audit tədbirlərini başa çatdırıb. Aparılan araşdırmalar zamanı ölkənin bir sıra icra hakimiyyətlərində araşdırmalar aparılıb. Əsasən Bakının iri rayonlarında aparılan yoxlamalar zamanı dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi halları aşkarlanıb. Gundeminfo.az-a daxil olan məlumata əsasən Bakının Xətai rayonu vəsaitlərin istifadəsinə dair ən çox pozuntulara yol verən rayonlar arasındadır. Mənbəmiz iddia edir ki, abadlıəq və təmir işləri, o cümlədən də Xətai rtayonu üzrə təsərrüfat xərclərində ciddi şişirtmələrə yol verilib. Bununla da büdcədən xüyli vəsait müxtəlif mənbələrə yayındırılaraq mənimsənilib.

Saytımıza bilgi verən mənbə iddia edir ki, ilkin olaraq aparılan araşdırmaların sonucu olaraq toplanan materiallar yaxın günlərdə Milli Məclisə və Prezident Adminstrasiyasına da təqdim ediləcək. Xüsusilə də Mənzil Kommunal İstismar İdarələrində işçilərinin sayının artıq göstəriolməsi, əmək haqlarınınvə məzuniyyət pullarının şişirdilməsi faktları ortaya çıxıb. Xətai rayonunda yaşıllaşdırma tədbirləri, o cümlədən də digər təsərrüfat xarakterli işlərin icra edilməsi zamanı da böyük şişuirmələr və vergidən yayındıma halları qeydə alınıb.

Gundeminfo.az xatırladır ki, bir qədər əvvəl Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. O, rayonda bir sıra qanunsuz tikililərə görə saxlanılmışdı. Razim Məmmədovun qohumu olduğu iddia edilən Xaliq Məmmədov sonradan azadlığa buraxıldı.

Lakin məlumatlı mənbəmiz iddia edir ki, Xaliq Məmmədov azadlığa buraxılsa da Xətai rayonunda Mənzil Kommunal Təsərrüfat Birliyində aparılan araşdırmalar başa çatmayıb. Araşdırmaların nəticəsi olaraq dekabrın sonlarına qədər isə Razim Məmmədovun cavabdeh olduğu bütün sahələrin yoxlanılacağı gözlənilir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.