Cəlilabadın başçısı Kərəm Həsənovun adamlarına savaş açıb

11-12-2018, 19:57           
Cəlilabadın başçısı Kərəm Həsənovun adamlarına savaş açıb
Cəlilabadın mütləq-hakimi Namiq Zeynalov Əmlak Komitəsinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Sadə dildə desək, komitə sədri Kərəm Həsənovun kadrıdır.

Ancaq son aylarda N.Zeynalov K.Həsənovun adamlarına savaş açmağa başlayıb. O, həm Cəlilabadın keçmiş icra başçısı Əziz Əzizovun əleyhinə süjet hazırladır, həm K.Həsənovun dayısı olan kənd təsərrüfatı idarəsi müdiri Rahib Kərimovu sıxışdırır.

Cahan.info-nun xəbərinə görə, bu günlərdə “D” TV efirində yayımlanan reportajda Cəlilabadda son günlər görülən işlərdən, ötən dövrdən qalan problemlərdən bəhs olunub.

Bununla Ə.Əzizovu “vuran” və onun heç bir iş görmədiyi mesajını verməyə çalışan hazırkı icra başçısı K.Həsənovun kadrına ilişmiş olur.

N.Zeynalov özünü işləyən məmur kimi nümayiş etdirməyə cəhd göstərməklə bərabər kuratorun adamlarını gözdən salmaqla məşğuldur.

Halbuki, Ə.Əzizov pis xidmət göstərsəydi, onu Cəlilabaddan Bakının strateji rayonlarından olan, bir çoxlarının arzusunda olduğu Yasamala icra hakimi təyin etməzdilər.

N.Zeynalov isə prezidentin etimad göstərib vəzifə verdiyi Ə.Əzizovu telekanalda yarıtmaz məmur kimi təqdim etməyə can atıb. Reportajda yol kənarlarının abadlaşdırılması, işıq dirəklərinin yenilənməsi, yolların düzəldilməsi göstərilir.

Və sakinlərin, eləcə də müxbirin dilindən bu problemlərin Ə.Əzizovun dövründən qaldığı diqqətə çatdırmağa cəhd göstərilir.

Cəlilabad icra başçısının müharibə elan etdiyi adamlardan biri də K.Həsənovun dayısıdır. Kənd təssərrüfatı idarəsinin müdiri olan Rahib Kərimov rayonda böyük nüfuz və hörmət sahibidir.

Komitə sədrinin dayısı Cəlilabadda əkinçiliklə məşğul olanlara, aztəminatlı ailələrə əl tutur. Hətta pay torpağında əkdiyi məhsuldan əldə olunan gəliri imkansızlara xərcləyir, fermerlərə yardım edir.

Amma N.Zeynalov onu küncə sıxışdıraraq, fəaliyyətinə məhdudiyyət qoyur, gördüyü işlərə hasarlar yaradır. İcra başçısının Kərəm Həsənova yaxın adamlara müharibə elan etməsinin səbəbi bilinmir. Bu narazılığın onun əleyhinə işləyəcəyini hesablamır.

Bundan qabaq da N.Zeynalovun özünə müavin təyin etmək məqsədi ilə Prezident Adminstrasiyasına məktub yollaması barədə Kərəm Həsənov öyrəndikdən sonra hamiliyində olan başçının onun başı üzərindən iş görməsinə çox qəzəblənmişdi.

Buna görə də Kərəm Həsənov qardaşı, deputat Malik Həsənovu Cəlilabada göndərib. Hətta Cəlilabad məmurları baş verənləri biabırçılıq kimi qiymətləndiriblər.

İcra başçısının heç kəslə məsləhətləşmədən özünə müavin təyinatı həyata keçirtmək arzusu isə ona baha başa gəlib. Namiq Zeynalovun bu özfəaliyyəti onun hamiləri olan Həsənov qardaşlarının heç də xoşuna gəlməyib.

Zeynalovun bu hərəkəti Malik Həsənovun etirazı ilə qarşılanıb və təcili rayona gələn deputatın icra başçısının otağında ona acıqlandığı haqda rayonda söz söhbətlər gəzir.

Adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.