Qüdrət Qurbanovun xarıci biznesi və iddiaları

24-01-2019, 08:53           
Qüdrət Qurbanovun xarıci biznesi və iddiaları
Xəzər dəniz gəmiciliyinin çox qədim tarixi var. Çox uzun və çətinliklərdən keçən bu sahənin inkişafı hazırki günümüzə, Prezident İlham Əliyevin ölkəmizə idarəçiliyi dövrünə təsadüf etdiyini desək heç də yanılmarıq. Amma bir mətbuat işçisi kimi yaxın tariximizdə Xəzər dəniz gəmiçiliyi ətrafında dolaşan bir sıra olaylar bu sahədən xəbəri olmayanları sonradan baş verənlərə hələ də inana bilmirlər. 1994-cü ildən 2013 -cü ilə qədər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi olmuş Aydın Bəşirovun dövründə baş verən mənimsəmələr üstündən çox keçmədi ki, ictimaiyyətə bəlli oldu. Aydın Bəşirovun sonradan bəlli olan varidatı milyonlarla ölçülür. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının əsasında yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə yeni rəhbər təyin olunana qədər Aydın Bəşirovun sabiq Nəqliyyat Naziri Ziya Məmmədovla kəllə-kəllə gəlməsi də bu gün heç kimə sirr deyil. Sovet dönəmindən qalma gəmiləri metallom edən və bir sıra yeniliklər pərdəsı altında külli miqdarda dövlət vəsaitini mənimsəyərək oliqarxa çevrilmiş Aydin Bəşirovu yada salmaqda məqsədimiz nədi? Məqsədimiz odur ki, Aydın Bəşirovun taladığı Xəzər dəniz gəmiçiliyi yenə də təhlükəli əllərdədə olduğundan geniş ictimaiyyətin xəbəri olsun.

Aydın Bəşirovun yerinə təyin edilmiş Rauf Vəliyevin nə dərəcədə işgüzar olması barədə hələlik heç bir versiya söyləyə bilmərik. Amma Respublikası Prezidentinin Sərəncamı ilə 2001-ci ildə yaradılmış Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəhbərliyi barədə deməyə çox şeylər var. Məlumat üçün bildirmək istərdik ki, sözügedən adminstrasiya “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi Nazirliyin strukturuna daxil edilib. Məlumatı olmayanlara bir daha bildirmək istərdik ki, agentlik Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 2006 – cı ildən sözügedən quruma Qüdrət Qurbanov rəhbərlik edir. Struktur dəyişiklikləri ilə əlaqədar Qüdrət Qurbanov 2018-ci ildə yenidən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru təyin edilib. Onun bir rəhbər kimi bu sahənin inkişaf etdirilməsi yönündə gördüyü işlərə heç də kölgə salmaq fikrimiz yoxdü. Əslində bunlar onun gördüyü işlər deyil. Dövlətin iqtisadiyyatın inkişaf etdirilməsi məqsədi cərcivəsində dəniz nəqliyyatının da inkişaf etdirilməsi siyasətidir ki, onun yerinə kim olsa bu işləri görməlidir. Ona görə də biz bu kimi məsələlərin üzərindən sükutla kecməli oluriq. Həm də Qüdrət Qurbanovun barəsində son vaxtlar dövrü mətbuatda, elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yazılanların da üstündən sükutla keçirik.Bəs üstündən sükutla keçə bilmədiyimiz nədir?

Son dövrlər Azərbaycanda yüksək vəzifə tutan bir sıra məmurların xarici ölkələrdə biznes qurması ilə bağlı mətbuatda mütəmadi olaraq məlumatlar dərc edilməkdədir. Daha çox xarıcı kütləvi informasıya vasıtələrində yer alan bu kimi məlumatları isə Azərbaycan ictimaiyyəti həzm edə bilmədiyindən bu prosses daha da böyüməkdə, əhali arasında söz söhbətlərə rəvac verməkdədir. Bir sıra ekspertlərin yüksək çinli məmurların öz varidatlarını xaricə çıxarmalarının əsas səsblərindən biri kimi dövlət başçısı İlham Əliyevin son zamanlar həyata keçirdiyi kadr dəyişiklikləri ilə bağlamsı zənnimizcə həqiqətə uyğun bir faktdır.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə, öz sərvətini Azərbaycandan xaricə transfer edən məmurlardan biri də Dövlət Dəniz Agentliyinin direktoru vəzifəsini daşıyan Qüdrət Qurbanovdur. Qeyd edək ki, Qüdrət Qurbanov Azərbaycanın varlı məmurlarından biri olaraq tanınır və onun haqqında zaman-zaman Azərbaycan mətbuatında müxtəlif iddialar səsləndirilib.Bu digər iyirmi illərdir ki, məmur kreslosunda oturmuş şəxslərlə müqayisədə Qüdrət Qurbanov üçün tez deyilmi?

Məlumata görə, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov Türkiyədə biznes şəbəkəsi qurub və bu şəbəkəni genişləndirmək üçün çalışır.. Agentlik rəisinin qardaş ölkədə yaratdığı biznesə oğlu Orxan Qurbanovun nəzarət etdiyi bildirilir. Biznesi inkşaf etdirmək üçün Orxan Qubanovun İstanbul şəhərində dəbdəbəli ofis-mərkəz aldığı deyilir. Məlumatda vuğulanır ki, yaxın aylarda Orxan Qurbanov bir dəfəlik Azərbaycanı tərk edərək Türkiyədə məskunlaşacaq. Həmçinin Qurbanovların öz bizneslərini Türkiyədən Şərqi Avropaya köçürmək üçün müxtəlif layihələrə başladıqları da qeyd olunur.

Xatırladaq ki, bir il öncə Qüdrət Qurbanovun qızıl biznesinə girişməsi ilə bağlı da ölkə mətbuatında məlumatlar yayılmışıd. Həmin məlumatda vurğulanırdı ki, Dəniz Agentliyi rəisi qızıl binzesinə girişib və bu işdə əsas şəxslər onun qardaşı, oğlu və köməkçisidir. Hətta məlumatlarda Qüdrət Qubanovun qızıl biznesini Türkiyəyə köçürtməsi və orda bu işlərə qardaşının nəzarət etməsi qeyd edilirdi.

Yazının başlanğıcında biz Aydın Bəşirovun adını əbəs yerə hallandırmırdıq. Düzdü, Aydın Bəşirovun onun rəhbərlik etdiyi sahəyə heç bir aidiyyatı yoxdur. Amma Xəzər dəniz gəmiçiliyinin vasıtısi ilə qazanılan milyonların xarıcı olkələrə daşınılması eyni bir haldır. Bütün bunlardan sonra belə nəticəyə gəlmək olar ki, Qüdrət Qurbanov Azərbaycanda sabiq dənizçi Aydın Bəşirovun itirilmiş imicini özündə bərpa etməkdə iddialıdır. Zənnimizcə o buna qismən də olsa nail olub.

Aktualinfo.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.