Biləsuvarda dövlət tenderlərini kim udur? – ADLAR, MƏBLƏĞLƏR

12-02-2019, 15:14           
Biləsuvarda dövlət tenderlərini kim udur? – ADLAR, MƏBLƏĞLƏR
Biləsuvarda ötən il keçirilmiş dövlət tenderlərinin nəticələri açıqlanıb.

Teref.Az FED.az TENDER-ə istinadən xəbər verir ki, ötən il rayonda 35 tender keçirilib. Bu tenderlərin ümumi məbləği 4 mln 849 min 716 manat olub.

Ən yüksək məbləğdə müqavilə “Cənub Təmir Tikinti-1” MMC ilə Biləsuvar Rayon İcra hakimiyyəti arasında bağlanan 2 mln 930,1 min manat dəyərində olan müqavilə olub. Müqavilənin predmeti rayonda 48 mənzilli yaşayış binasının tikilməsi olub.

Sayca ən çox müqavilə “Xəzri-2016” MMC ilə Biləsuvar Rayon İcra Hakimiyyəti arsında bağalanan 5 müqavilə olub. Müxtəlif avadanlıq və inventarların alınmasını, eləcə də təmir işlərini nəzərdə tutan bu müqavilələrin ümumi məbləği 39,3 min manat təşkil edib.

Ən aşağı məbləğdə müqavilələr “Amina-Ta” MMC və Biləsuvar Regional Mədəniyyət İdarəsi arasında imzalanan 6,8 min manat dəyərində olan 2 müqavilədir. Bu müqavilələr internet xidməti və istehsalda istifadə olunmayan qeyri-maddi aktivlərə həsr edilib.

Satınalan təşkilatın adı Malgöndərən təşkilatın adı(podratçı) Müqavilənin predmeti Məbləğ
Biləsuvar Regional Mədəniyyət İdarəsi Amin-Ta MMC İnternet xidməti 1 300
Biləsuvar Regional Mədəniyyət İdarəsi Amin-Ta MMC İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər 5 500
Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar şəhər İƏD üzrə İcra Nümayəndəliyi Xəzri-2016 MMC Digər maşın və avadanlıqlar 8 350
Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar şəhər İƏD üzrə İcra Nümayəndəliyi Xəzri-2016 MMC 1 saylı körpələr evi-uşaq bağçasında aparılacaq əsaslı təmir işləri 9 630
Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar şəhər İƏD üzrə İcra Nümayəndəliyi Xəzri-2016 MMC Avadanlıq 5 850
Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar şəhər İƏD üzrə İcra Nümayəndəliyi Xəzri-2016 MMC Bərk inventarlar 7 800
Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar şəhər İƏD üzrə İcra Nümayəndəliyi Xəzri-2016 MMC Yumşaq inventarlar 7 665
Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar şəhər İƏD üzrə İcra Nümayəndəliyi Servis Kompany MMC Digər maşın və avadanlıqlar 4 999
Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar şəhər İƏD üzrə İcra Nümayəndəliyi Servis Kompany MMC Bərk inventarlar 4 998
Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar şəhər İƏD üzrə İcra Nümayəndəliyi Servis Kompany MMC Yumşaq inventarlar 4 996
Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar şəhər İƏD üzrə İcra Nümayəndəliyi Cahan-2 MMC Avadanlıq 3 500
Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar şəhər İƏD üzrə İcra Nümayəndəliyi Cahan-2 MMC Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri xərc maddəsi üzrə 3 saylı uşaq bağçasının əsaslı təmiri işləri 4 997
Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü İnternat Tipli Məktəb Lisey Alov Mühafizə MMC 7 saylı filialı Mühafizə xidməti 29 040
Biləsuvar Rayon İcra Hakimiyyəti Cənub Təmir Tikinti-1 MMC Biləsuvar şəhəri Heydər Əliyev prospektində 48 mənzilli, 3 bloklu, 4 mərtəbəli yaşayış binasının tikintisi işləri 2 930 114
Biləsuvar Rayon İcra Hakimiyyəti Sosial-İnkişaf Layihə MMC Biləsuvar şəhəri, Heydər Əliyev prospektində 48 mənzilli, 3 bloklu, 4 mərtəbəli yaşayış binasının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işləri 42 000
Biləsuvar Regional Mədəniyyət İdarəsi Tək Keçid MMC Sair xərclər üzrə 24 373
Biləsuvar Rayon İcra Hakimiyyəti Aqçin-2009 MMC Biləsuvar şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 22A nömrəli çoxmənzilli yaşayış binasının dam örtüyünün təmiri işləri 34 322
Biləsuvar Rayon İcra Hakimiyyəti F/Ş: Ağayev Ağarza Cəbi oğlu Biləsuvar rayon İcra Hakimiyyəti üçün xidməti minik avtomobili 45 000
Biləsuvar Regional Mədəniyyət İdarəsi Dadva-044 MMC Avadanlıqlar 47 972
Biləsuvar Regional Mədəniyyət İdarəsi Dadva-044 MMC Digər maşın və avadanlıqlar 48 653
Biləsuvar Regional Mədəniyyət İdarəsi Tək-Keçid MMC Yumşaq inventarlar 27 878
Biləsuvar Regional Mədəniyyət İdarəsi Piramida-F.R MMC Biləsuvar Regional Mədəniyyət İdarəsinə aid olan obyektlərdə cari təmir işləri 75 000
Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar şəhər İƏD üzrə İcra Nümayəndəliyi Biləsuvar MTTİİ Sahəsi Mənzil fondunun əsaslı təmiri işləri 64 793
Biləsuvar Regional Mədəniyyət İdarəsi Cənub-2000 MMC Bərk inventarlar 104 359
Biləsuvar Regional Mədəniyyət İdarəsi Cənub-2000 MMC Dəftərxana və təsərrüfat malları 57 595
Biləsuvar Regional Mədəniyyət İdarəsi Dadva-044 MMC Tərtibat işləri 3 700
Biləsuvar Regional Mədəniyyət İdarəsi Tək-Keçid MMC Odun yanacağı 20 880
Biləsuvar Regional Mədəniyyət İdarəsi Tək-Keçid MMC İdarənin digər xərcləri üzrə 23 504
Biləsuvar Regional Mədəniyyət İdarəsi Tək-Keçid MMC Mətbəə xərcləri üzrə 7 759
Biləsuvar Regional Mədəniyyət İdarəsi Dadva-044 MMC Kommunikasiya işləri 16 223
Biləsuvar Regional Mədəniyyət İdarəsi Xəzər-FD MMC Sair xərclər üzrə 24 010
Biləsuvar Rayon İcra Hakimiyyəti Qold Hors MMC Biləsuvar rayonunda tədbirlərin təşkili işləri 89 800
Biləsuvar Rayon İcra Hakimiyyəti Perlit MMC Biləsuvar rayonunda abadlıq işləri 166 727
Biləsuvar Rayon İcra Hakimiyyəti Perlit MMC Biləsuvar rayonunda yolların əsaslı təmiri işləri 589 221
Biləsuvar Rayon İcra Hakimiyyəti Aqşin-2009 MMC Biləsuvar rayonunda çoxmənzilli yaşayış binalarının əsaslı təmir işləri 307 208


шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru